İstanbulda azərbaycanlı qadın evində ölü tapıldı: Bir nəfər axtarışa verildi – FOTO
Türkiyənin İstanbul şəhərinin Kağıthane bölgəsində Azərbaycan vətəndaşı olan 57 yaşlı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə aşkar edilib. Hadisə avqustun 9-da günorta vaxtı qeydə alınıb.
Cenubtv.Az xəbər verir ki, bu barədə məlumatı “Hürriyet” nəşri yayımlayıb.
Qeyd olunur ki, meyitə ilkin baxış keçirilərkən üzərində hər hansı zorakılıq, zərbə və ya kəsici alət yarası tapılmayıb. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.
Hüquq-mühafizə orqanları L.İbadova ilə eyni evdə qalan Fərhad adlı şəxsin axtarışlarına başlayıb. Bildirilir ki, həmin şəxs polisə məlumat daxil olmamışdan təqribən 15 dəqiqə öncə mənzili tərk edib.
Hadisə yerində narkotik olduğu ehtimal edilən maddə də aşkarlanaraq ekspertizaya göndərilib. Prokurorluq qadının ölümü ilə bağlı araşdırmaya başlayıb.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI
Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində baş verib. Kənd...
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimlərdən MÖHTƏŞƏM KADRLAR yaydı – VİDEO
Azərbaycanın təşkilatçılığı, eləcə də Türkiyə və Özbəkistanın iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü-2026" hərbi təlimləri intensiv şəkildə davam etməkdədir. Cenubtv.Az...
Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Cenubtv.Az Baku TV-yə istinadən...
Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı
Nepalda xilasedici qruplar sentyabrın 27-də Himalay dağlarındakı baza düşərgəsində qar uçqunu nəticəsində həyatını itirən dörd nəfərin cəsədini aşkar ediblər. Cenubtv.Az...
Vüsal Şilderin qətli 10 000 manata icra olunub?
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...
Cəlilabadda 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib
https://youtu.be/OwrNrZtUo5k
Average Rating