Cəlilabad Rayon Mərkəzi Xəstəxanasındakı xidmət və həkim yanaşması haqqında şikayət
“Hörmətli rəhbərlik, təbib və səhiyyə nazirliyi və icbari sığorta
Mən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə bağlı müşahidələrimi və narazılığımı bildirmək istəyirəm.
İlk növbədə, xəstəxananın Təcili Tibbi Yardım şöbəsində göstərilən xidmət səviyyəsinin yüksək olduğunu, işçi heyətinin xalqa həssas yanaşdığını qeyd etmək istəyirəm. Lakin həkim çatışmazlığı probleminə baxmayaraq, bəzi şöbələrdəki yanaşma ciddi narahatlıq doğurur.
Xüsusilə, terapiya şöbəsinin həkimi Hafiz həkimin pasiyentlərə yanaşmasından narazıyam. Belə ki, xəstənin əlində laborator analizlər olmasına baxmayaraq, həkim analizlərə baxsa da, ilkin tibbi yardımın göstərilməsi üçün zəruri olan resepti yazmaqdan imtina edib. Xəstəyə ‘gedin Təcili Yardım şöbəsində yazdırın’ deyərək, öz peşə vəzifələrini yerinə yetirməkdən və aidiyyəti üzrə müalicəni təyin etməkdən yayınıb. Qeyd etmək istəyirəm ki, sözügedən tibbi təyinatlar məhz terapiya həkiminin səlahiyyətinə aiddir və xəstənin yenidən Təcili Yardım şöbəsinə göndərilməsi qeyri-peşəkar yanaşmadır.
Bundan başqa, xəstələnib gəlməyimə baxmayaraq mənə də baxılmamışdır. Həmçinin,İcraçi drektor Oktay Əmənullayev diaqnostika şöbəsində, üçüncü mərtəbədə oturub, mərkəzi xəstəxanaya vaxtaşırı baxmaması da narahatlıq doğurur.
Bu vəziyyətlə bağlı araşdırma aparılmasını və xəstələrin vaxtında, düzgün tibbi xidmətlə təmin olunması üçün lazımi tədbirlərin görülməsini xahiş edirəm.” Hörmətlə Rövşən Mehgiyev
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Döyüb qabırğalarını qırdığı keçmiş arvadı kişini BAĞIŞLADI
Lənkəranda sahibkar həyat yoldaşını xüsusi amansızlıqla döyüb. Cenubtv.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Boladi kəndində baş verib. Kənd...
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanda keçirilən təlimlərdən MÖHTƏŞƏM KADRLAR yaydı – VİDEO
Azərbaycanın təşkilatçılığı, eləcə də Türkiyə və Özbəkistanın iştirakı ilə ölkəmizdə keçirilən "Birliyin Gücü-2026" hərbi təlimləri intensiv şəkildə davam etməkdədir. Cenubtv.Az...
Cəlilabadda itkin düşən qadınla bağlı İLGİNC DETAL: “Bizi görüb qaçdı” – VİDEO
Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Hicran Məmmədova avqustun 31-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Cenubtv.Az Baku TV-yə istinadən...
Nepalda Himalay dağlarında qar uçqunu: Dörd nəfərin cəsədi tapıldı
Nepalda xilasedici qruplar sentyabrın 27-də Himalay dağlarındakı baza düşərgəsində qar uçqunu nəticəsində həyatını itirən dörd nəfərin cəsədini aşkar ediblər. Cenubtv.Az...
Vüsal Şilderin qətli 10 000 manata icra olunub?
"Mercedes-Benz" şirkətinin Azərbaycan təmsilçisinin oğlu, Almaniya vətəndaşı Vüsal Şilderin 13 il əvvəl Bakıda qətlə yetirilməsi ilə bağlı açılan cinayət işində...
Cəlilabadda 27 Sentyabr Anım Günü ilə əlaqədar tədbir keçirilib
https://youtu.be/OwrNrZtUo5k
Average Rating