Xəstəxanalarda tibbi tullantılarla bağlı NARAHATLIQ – Şikayət – VİDEO

Read Time:1 Minute, 7 Second

Son günlər dövlət xəstəxanalarında tibbi tullantıların idarə olunması ilə bağlı sosial şəbəkələrdə və vətəndaş müraciətlərində müxtəlif iddialar səsləndirilir.

Bildirilir ki, bəzi tibb müəssisələrində tullantıların utilizasiyası ilə bağlı müqavilələrin müddəti başa çatıb.

 

 

Baku TV məsələni araşdırmaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasında olub. Xəstəxanadan bildirilib ki, məsələ ilə bağlı yalnız rəsmi sorğu əsasında məlumat verilə bilər.

Daha sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasında aparılan müşahidələr zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı anbarın qapısının açıq olduğu və ərazidə kəskin qoxunun hiss edildiyi müşahidə olunub.

Həkim Adil Qeybullanın sözlərinə görə, tibbi tullantılar xüsusi qaydalara uyğun saxlanılmalıdır:

“Təhlükəli tibbi tullantılar – iynələr, kəsici materiallar və bioloji tullantılar insanlar və heyvanlar üçün əlçatan olan açıq ərazidə saxlanıla bilməz. Onların qapalı və nəzarət olunan məkanda mühafizəsi vacibdir”.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası və Respublika Neyrocərrahiyyə Xəstəxanasında tibbi tullantıların idarə olunması qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilir.

Tibbi tullantılar yarandığı yerdəcə növlərinə uyğun çeşidlənir, xüsusi təyinatlı qablaşdırılmalarda toplanır və müvəqqəti saxlanılması üçün ayrılmış konteynerlərdə təhlükəsiz şəraitdə mühafizə olunur.

“Çəkiliş zamanı tibbi tullantıların müvəqqəti saxlanıldığı konteynerin qapısının açıq olması onların qəbul edilməsi və daşınmaya hazırlanması prosesi ilə əlaqədar yaranmış qısamüddətli texniki hal olub və daimi xarakter daşımır. Konteyner xəstəxananın nəzarət olunan ərazisində yerləşir. Əraziyə giriş-çıxış nəzarət altındadır. Tibbi tullantılar xüsusi təyinatlı qablaşdırılmalarda saxlanılır və sanitar-gigiyenik tələblərə əməl olunur”, – deyə qurumdan qeyd olunub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Lənkəranda KIA və “Opel” TOQQUŞDU – Yaralılar var
Bağcılar korsan taksi | uygun fiyatlı ve güvenli yolculuk. פוקסט | poxet shefapharm. צפון והסביבה ולרי – נערות ליווי בבית שאן – חשפניות צעירות למסיבות רווקים במרכז או חשפניות בצפון 24/7 💕.