Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib.
Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin gələcəyi ilə bağlı müvafiq addımlar atılacaq.
Qeyd edilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsisteminə məlumat daxil olan kimi Agentliyin əməkdaşları prosesə cəlb olunublar.
“Əməkdaşlarımız tərəfindən sözügedən uşağın yerləşdirildiyi səhiyyə müəssisəsinə baş çəkilib və körpənin ilkin qiymətləndirilməsi aparılıb. Müayinə, müalicə və qiymətləndirmə prosedurları bitdikdən sonra körpənin yaşına və sağlamlıq vəziyyətinə uyğun olaraq müvafiq addımlar atılacaq”, – deyə məlumatda bildirilib.
Xatırladaq ki, ötən gün Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, Sənaye Parkı ilə üzbəüz binanın zirzəmisində atılmış körpə oğlan uşağı tapılıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Average Rating