Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən şəxsə hökm oxundu
Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Cenubtv.az Oxu.Az-a istinadən xeber verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının başa çatdığı elan edilib.
Dövlət ittihamçısı çıxışında Mehman Məmmədovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş edib.
Müşavirədən sonra elan olunan hökmə əsasən, o, 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İttihama görə, Mehman Məmmədov İsveçrədə mühacirətdə yaşayan bloqerlər Manaf Cəlilzadə və Süleyman Süleymanlı ilə birlikdə qruplaşma yaradaraq, zorla hakimiyyəti ələ keçirməyə yönələn çağırışlar edib.
Qeyd edək ki, Mehman Məmmədov İsveçrə hökuməti tərəfindən ailəsi ilə birlikdə deportasiya olunaraq Azərbaycana ekstradisiya edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə (dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) ittiham irəli sürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating