Bakıda yeniyetmə qızın öldürülməsi ilə bağlı dəhşətli FAKTLAR

Read Time:1 Minute, 35 Second

22 il əvvəl Bakıda yeniyetməyə qarşı zorakılıq etməklə onu qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Quliyev və Alidə Qadaşovanın cinayət işinin ilk məhkəmə baxışı keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Yerində müşavirə keçirən hakimlər vəsatətin əsassız olduğunu bildirərək təmin etməyiblər. Daha sonra dövlət ittihamçısı təqsirləndirilənlərə ittiham aktını elan edib.

İttihama görə, Alidə Qadaşova İsmayıl Quliyevin bacısı ilə birlikdə işləyib. Onlar 2002-ci ildə görüşüblər. İsmayıl Alidəyə görə bacısının ailəsində problem yarandığını və ondan qisas alacağını bildirib. Bundan bir müddət sonra Alidənin evindən onun 12 yaşlı qızının meyiti aşkar olunub.

Hakim elan olunmuş ittihama görə, təqsirləndirilənlərin təsirinin sübuta yetiriləcəyi təqdirdə 15 ildən 20 ilədək azadlıqdan məhrum edilə biləcəklərini xatırladıb. Lakin İsmayıl Quliyev və Alidə Qadaşova özlərini təqsirli bilməyiblər. İsmayıl Quliyev məhkəmənin hazırkı mərhələsində ifadə verməkdən imtina etsə də, Alidə Qadaşova sərbəst ifadəsi zamanı vurğulayıb ki, hadisə vaxtı o işdə olub. Həmin ərəfələrdə həyətlərində dəfələrlə naməlum şəxsləri gördüyünü deyib. O buna əhəmiyyət verməyib. Alidə Qadaşovanın ifadəsinə görə, hadisə baş verən gün yeniyetmə qızı evdə tək olub. Ana bildirib ki, işdən evə gələrkən qızının yarıçılpaq vəziyyətdə olan meyitini aşkar edib. O bu məsələnin İsmayıl Quliyevlə ümumiyyətlə heç bir əlaqəsinin olmadığını, onu usta kimi tanıdığını bildirib.

Növbəti proses sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, sözügedən cinayət 2002-ci ilin aprelin 9-da Bakının Hövsan qəsəbəsində baş verib. Qəsəbənin Sahil küçəsi, 20B ünvanında yaşayan, həyat yoldaşı həbsdə olan Alidə Qadaşovanın mənzilində 12 yaşlı qızı Nübar Qadaşovanın meyiti aşkar olunub. İstintaq hərəkətlərindən məlum olub ki, yeniyetmə cinsi istismara məruz qalmaqla yanaşı, işgəncə ilə öldürülüb. Onun başına çəkic xəsarətləri yetirilib və bədəninə bıçaq zərbələri endirilib. Baş verən cinayətlə bağlı 22 il sonra yəni 2024-cü ildə yeniyetmənin anası Alidə Qadaşova və qəsəbənin digər sakini İsmayıl Quliyev şübhəli şəxs qismində saxlanılaraq barələrində Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

 

 

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post 37 yaşlı kişi qızının sinif yoldaşına təcavüz etdiyinə görə həbs olundu
Next post Cəlilabad Mərkəzi Xəstəxanasına yeni direktor təyin olundu
swan electric 40a breaker 3p. Boxen düsseldorf personal trainer fitness | stressabbau.