Bakıda daha 3 məktəb direktoru işdən çıxarıldı
Cenubtv.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtdakı ümumi təhsil müəssisələrində məktəb idarəetməsi, tədrisin səmərəli təşkili, təhlükəsizlik və nizam-intizam qaydalarına əməl olunması və digər müvafiq istiqamətlər üzrə aparılan monitorinqlər nəticəsində Bakı şəhəri 65 nömrəli tam orta məktəbin direktoru Arzu Miriyev, 298 nömrəli tam orta məktəbin direktoru Xatirə Hacıyeva, 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Hər üç ümumi təhsil məktəbinin normal fəaliyyətinin təmin olunması Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir.
Məlumatda vurğulanıb ki, təhsil müəssisələrində monitorinqlər davamlı və ardıcıl olaraq həyata keçirilir.
Qeyd edək ki, 2 gün əvvəl Mehriban Ələkbərovanın işdən çıxarılması haqda xəbərlər yayılsa da, direktor özü bunu təkzib edərək “Hazırda işdə deyiləm. İşdən də çıxmamışam”, – deyə cavab vermişdi.
Xatırladaq ki, bir neçə gün öncə də fəaliyyətində yol verdiyi nöqsanlara görə bir neçə direktor cəzalandırılmışdı. Belə ki, 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova, 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli və 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
1iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Cəlilabad rayon UGiM də tədbir keçirilmişd
https://www.youtube.com/watch?v=CWeUs7MMwBU
Sabirabadda Kürün səviyyəsi artdı: Bəzi ərazilər SU ALTINDA QALDI
Sabirabad rayonunda yağan intensiv leysan yağışları Kür çayının səviyyəsinin qalxmasına səbəb olub. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, Həşimxanlı və...
Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus VURDU
Yolu qaçaraq keçmək istəyən yeniyetməni avtobus vurub. Cenubtv.az Oxu.Az-istinadən məlumat verir ki, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə...
“WhatsApp” mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb
"WhatsApp" messencerində və "Meta" şirkətinin digər məhsullarında mesajların məxfiliyinin qorunması məqsədilə şifrələnməsi itkin düşən və ya problemlərlə üzləşən uşaqlar barədə...
Şəmkirdə TƏLƏBƏ MEŞƏDƏ özünü asdı
Şəmkirdə intihar hadisəsi baş verib. Cenubtv.az Oxu.Az- istinadən xəbər verir ki, rayonun Çinarlı qəsəbə sakini, 19 yaşlı (2006-cı il təvəllüdlü)...
Hansı giləmeyvə görmə qabiliyyətinə zərər verir?
Giləmeyvələrin gözlər üçün faydalı olduğu hesab edilir, lakin onların bəzi növləri əks təsir göstərə bilər. Cenubtv.az Oxu.Az- istinadən xəbər verir...
Average Rating