Trampın açıqlamalarından sonra Zelenski Çörçilə bənzədildi
Böyük Britaniyanın müdafiə naziri Con Qili Ukrayna prezidenti Vladimir Zelenskini İkinci Dünya Müharibəsi zamanı Böyük Britaniyanın baş naziri Uinston Çörçilllə müqayisə edib.
Cenubtv.az xarici mediaya istinadla xəbər verir ki, Qili Norveçə səfəri zamanı fikirlərini bölüşüb.
Gili deyib ki, o, “Ukrayna prezidentinin ölkəsinə bağlılığını” görüb.
“O, seçilib. Ukraynanın lideri seçilib və Böyük Britaniyada İkinci Dünya Müharibəsi zamanı Uinston Çörçillin etdiyini edib – müharibə zamanı seçkiləri dayandırıb. Bizim vəzifəmiz ukraynalıların yanında olmaq, ukraynalıları dəstəkləmək, onların mübarizəsində onlara dəstək olmaqdır. Əgər danışmaq qərarına gəlsələr, danışıqlarda onlara dəstək olaq”, – o vurğulayıb.
Britaniyalı nazir öz müqayisəsini ABŞ prezidenti Donald Trampın ukraynalı həmkarı ilə bağlı səsləndirdiyi qalmaqallı açıqlamalardan sonra edib. Bundan əlavə, Qili Ağ ev rəhbərinin Zelenskinin “qeyri-qanuniliyi” ilə bağlı bəyanatı ilə razılaşmadığını bildirib.
“Bu (Vladimir Zelenski – red.) öz ölkəsinə sadiq bir insandır, ölkəsinə rəhbərlik edib və indi də ona rəhbərlik edir”, – Britaniya Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Rusiyada 11 il axtarışda olan narkotacir Azərbaycanda saxlanılıb, ekstradisiyası gözlənilir
Rusiya Federasiyası ərazisinə bir neçə yüz kiloqramdan artıq heroini gətirməkdə təqsirli bilinən Tacikistan vətəndaşı Emomov Taqaymurod Azərbaycanda saxlanılıb. Bu barədə...
Fransaya casusluqda təqsirləndirilən şəxslər məhkəmədə bir-birlərini ittiham ediblər
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə...
“WhatsApp” mesajlarının qorunmasının yaratdığı fəsad aşkarlanıb
"WhatsApp" messencerində və "Meta" şirkətinin digər məhsullarında mesajların məxfiliyinin qorunması məqsədilə şifrələnməsi itkin düşən və ya problemlərlə üzləşən uşaqlar barədə...
Hansı giləmeyvə görmə qabiliyyətinə zərər verir?
Giləmeyvələrin gözlər üçün faydalı olduğu hesab edilir, lakin onların bəzi növləri əks təsir göstərə bilər. Cenubtv.az Oxu.Az- istinadən xəbər verir...
Cəlilabada Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
https://www.youtube.com/shorts/QEyG1sCB4hM?feature=share
COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirir
Bu ilin noyabrında Bakıda keçiriləcək COP29 ekoloji konfransı ərəfəsində 1news.az bu mövzuda əhalini maarifləndirən yazılar dərc etməyə davam edir. Əvvəllər...
Average Rating