O ağacları kəsənlər barədə qərar verildi
Xəbər verildiyi kimi, Zaqatala rayonu ərazisində ağacların qanunsuz olaraq kəsilməsi faktı ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin bir neçə maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Cenubtv.az istinadla xəbər verir ki, Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində toplanmış sübutlar əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Paşayev Rüstəm Kamal oğluna Cinayət Məcəlləsinin 32.3, 259.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsməni təşkil etmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs, Qudayev Muhuma Məmmədəli oğluna isə həmin Məcəllənin 259.4, 32.5, 309.2 və 32.5, 313-cü maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla cinayət əməlinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Nəticəsində barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib. Cenubtv.az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki,...
Average Rating