
Prokuror İlkin Süleymanovun cəzası haqda təklifini verdi
10 yaşlı Nərmin cinayəti ilə bağlı məhkum edilmiş İlkin Süleymanovun şikayəti üzrə məhkəmə baxışı yekunlaşır.
şikayət Gəncə Apellyasiya Məhkəməsində araşdırılıb.
İlkin Süleymanov özünü təqsirli bilmir. Onun işi üzrə məhkəmə araşdırması 2 ilə yaxın davam edib. Təqsirləndirilən şəxsin vəkillərinin vəsatətləri əsasında əlavə şahidlər də məhkəmədə ifadə veriblər.
Vəkillər çıxışlarında İlkin Süleymanovun cinayətlə əlaqəsinin olmadığını deyərək bəraət qərarı çıxarılmasını xahiş ediblər.
Mərhum Nərminin atası isə İlkini günahkar hesab edir. Bu səbəbdən hökmdən o da apellyasiya şikayəti verib. Şərif Quliyev qızının qətlinə görə İlkin Süleymanovun ömürlük məhkum edilməsini istəyib. O, məhkəmədə ifadəsində müdafiə tərəfinin əksər suallarına cavab verməkdən yayınıb. Müdafiə tərəfi hüquqi varisin hərəkətinə, həmçinin məhkəməyə etiraz edib. Bundan sonra vəkillər əlavə nə isə deməyə ehtiyac görməyiblər.
Prokuror çıxış edərək həm İlkin Süleymanov, həm Şərif Quliyevin şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrumetmə cəzasının eynən qüvvədə saxlanılmasını tələb edib.
Rafiq Cəfərovun sədrlik etdiyi məhkəmə heyəti iclası iyunun 10-na kimi təxirə salındığını elan edib.
Xatırladaq ki, hadisə 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib.
İttihamda deyilir ki, İlkin Süleymanov oğurladığı 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb, izi itirmək üçün cəsədini yandırıb.
İ.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinib.
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Bakıda kafenin gözətçisi iş yerində öldü
Bakıda 66 yaşlı kişi kafedə ölüb. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən saat 10 radələrində Nizami rayonu, Əliağa...
Beyləqanda 14 yaşlı qıza təcavüzlə bağlı cinayət işi başlandı: İki yeniyetmə həbs olundu
Beyləqanda 14 yaşlı qıza seksual xarakterli hərəkətlər edən iki yeniyetmə həbs edilib. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun...
Dam örtüyünü dəyişərkən faciə baş verdi: Fəhlə hadisə yerində öldü
Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən kərpic zavodunda faciəli hadisə baş verib. Belə ki, 1996-cı il təvəllüdlü Əfqan Babayev zavodun dam...
Şirvanda kişi həyat yoldaşına 11 bıçaq zərbəsi vurdu
Şirvan sakini, 1986-cı il təvəllüdlü Lamiyə Nəcməddin qızı Qambayeva həyat yoldaşı tərəfindən bıçaqlanıb. Cenubtv.az APA-ya istinadən xəbər verir ki, 11 bıçaq...
İstanbulda silahlı hücuma məruz qalan vəkil öldü
İstanbulda vəkil Serdar Öktem silahlı hücuma məruz qalıb. Cenubtv.az bu barədə NTV telekanalına istinadən xəbər verir. Bildirilir ki, onun avtomobili...
Bakıda belinə banka qoyulan qadın yanıq xəsarətindən ölüb
Bakıda belinə banka qoyulan qadının ölüm faktı ilə bağlı Səbail rayon Məhkəməsinin hökmü elan edilib. Cenubtv.az "Report"-a istinadən xəbər verir ki,...
Average Rating