2023-cü ildə qeydə alınmış məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində 1 513 nəfər zərər çəkib.

Bu, bütün cinayətlər nəticəsində ümumi zərərçəkənlərin (24 287 nəfər) 6,2 faizini təşkil edir.

Modern.az-a istinadən Cenubtv.az  xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin Daxili İşlər Nazirliyinin hesabatı əsasında hazırladığı statistikada qeyd olunub.

Rəsmi məlumata görə, Azərbaycanda məişət zorakılığı nəticəsində zərərçəkənlərin sayı artıb. Bu artım 2022-ci illə müqayisədə 2,6 faiz təşkil edib.

Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 80,9 faizi qadınlar, 0,7 faizi isə yetkinlik yaşına çatmayanlar olub.

Əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 8,8 faiz artaraq 74 nəfər (onlardan 49-u qadınlar) olub.

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir