İran hakimiyyəti ölkə əhalisinə divan tutur – VİDEO
Dünən ABŞ Dövlət Departamenti 2023-cü ildə dünyanın 198 ölkəsində insan haqlarına riayət olunmasına dair illik hesabatını yayıb.
Bu barədə “Azad İran” “YouTube” kanalında yayımlanan yeni süjetdə qeyd olunub.
Sənəddə İran insan haqları ilə bağlı durumun daha da pisləşdiyi ölkələr sırasında yer alıb. Hesabatda əksini tapan faktlardan İran rejiminin sözün həqiqi mənasında ölkə əhalisinə divan tutmaqla məşğul olduğu qənaəti hasil olur.
Sənəddə əksini tapmış ən dəhşətli faktlardan biri ötən il İranda 798 nəfərin edam olunmasıdır ki, bu da əvvəlki – 2022-ci illə müqayisədə 37% çoxdur. Edam olunanlardan iki nəfəri azyaşlı, 20-si isə qadındır.
Hesabatda o da vurğulanır ki, əslində edam olunanların sayı ictimaiyyətə məlum olandan daha çoxdur, çünki hökumət onların heç də hamısı barədə məlumat vermir. Edam cəzası verilən vətəndaşlar arasında ölkədəki dinc etiraz aksiyalarında iştirak edənlərin də olduğu bildirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating