Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu

Read Time:1 Minute, 11 Second

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümlə nəticələnən qəzanın iştirakçısı olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq VAZ-21011 markalı avtomobilə çırpılıb. Qəzanın təsirindən VAZ-ın sürücüsü Asim Məmmədov hadisə yerində ölüb.

L.Süleymanovaya qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. İbtidai dövr müddətində L.Süleymanova haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Təqsirləndirilən xanım məhkəmədəki ifadəsində özünü təqsirli bilmədiyini deyərək qəza törətdiyi avtomobilin sahibinin onu təhrik etdiyini deyib. L.Süleymanova bildirib ki, hadisə günü maşının yiyəsi sərxoş vəziyyətdə olub. Bu səbəbdən ondan sükan arxasına keçməsini istəyib. Onun sözlərinə əsasən, sürücülük hüququnun olmadığını desə də, avtomobilin sahibi olan Fərid (şərti) ona narahat olmamağı məsləhət bilib.

Qəzada həyatını itirən A.Məmmədovun həyat yoldaşı hüququ varis kimi tanınıb. O, təqsirləndirilən xanımı bağışlamadığını, qanunauyğun şəkildə cəzalandırılmasını istədiyini deyib.

Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittiham dəlil, sübutlar və şahid ifadələri ilə təsdiqini tapıb. Bu səbəbdən ona törətdiyi cinayətə görə sanksiya həddində cəza təyin edilməlidir.

Hökmə əsasən, L.Süleymanova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Xanım müttəhim məhkəmə zalında həbs edilərək təcridxanaya göndərilib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Xınalığa dolu düşüb – VİDEO
Next post Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
drip irrigation kit. 40a az distributors.