Bakıda bəzi sahibkarların içməli suyu talaması müəyyən olunub – FOTO/VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi əməkdaşlarının Suraxanı rayonunda keçirdiyi nəzarət tədbirləri zamanı bir sıra obyektlərdə içməli sudan qeyri-qanuni istifadə halları aşkarlanıb.
Bu barədə Oxu.Az-a agentlikdən bildirilib.
Vurğulanıb ki, Yeni Suraxanı qəsəbəsi 14 iyul küçəsində yeni tikilmiş apartman tipli binanın su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, binanın su təchizatı sisteminə qoşulmaq üçün texniki şərti və layihəsi var. Lakin obyektin sahibi texniki şərtin icrası öhdəliyini və tələblərini yerinə yetirməyib. Əksinə, binanın əsas su xəttini layihədə nəzərdə tutulan nöqtəyə deyil, başqa istiqamətdən özbaşına, şəbəkəyə müdaxilə etməklə birləşdirib.
Hövsan qəsəbəsi Rasim Şahsuvarov küçəsində bir sahibkara məxsus market, aptek, zoomağaza və ət satışı obyektlərində də suyun talanması aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan şəbəkəyə qanunsuz olaraq qoşulub.
Hövsan-Türkan yolu üzərində yerləşən marketdə də oxşar vəziyyət aşkarlanıb. Marketin su təchizatı qanunsuz çəkilmiş xətt vasitəsilə aparılıb. Bülbülə qəsəbəsində yeni inşa olunan mebel sexinin sahibi texniki şərt almadan və müqavilə bağlamadan obyektin su xəttini özbaşına şəbəkəyə qoşub.
Nəzarət tədbirləri zamanı aşkar edilən bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating