Şəhid Qənbərov Kamal Arif oğlunun anım mərasimi keçirilib.VIDEO
Şəhid Qənbərov Kamal Arif oğlu 1978-ci il aprelin 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. O, doğma kəndindəki orta məktəbin onuncu sinifini 1995-ci ildə bitirdikdən sonra vətənə əsgərlik borcunu vermək üçün 1996-cı ildə hərbi xidmətə çağırılıb.
Şəhid Kamal xidmət etdiyi hərbi hissə Ermənistanla həmsərhəd olan Qazax rayonu ərazisindəki ön cəbhə idi. Düşmən tez-tez atəşkəsi pozub təxribatlar törədir, torpaqlarımızı zəbt etmək istəyirdilər, İgid əsgərimiz azğın düşmənlərin təxribatının qarşısını almaq üçün cavab atəşi ilə onları susdururdular.
Şəhid Kamal Qənbərov səngər yoldaşları ilə birlikdə döyüşlərdə həmişə cəsarətlə iştirak edir, mənfur qonşularımızın xain niyyətlərini gözlərində qoyurdular, Düşmən çoxlu itki versə də, bizim tərəfdən də itki olurdu. Belə qəfil hücumların birində Qazax rayonunun Qaymaqlı kəndində müdafiəsi zamanı Şəhid Qənbərov Kamal Arif oğlu qəhramancasına şəhid olur O, 1997-ci il aprel ayının 7-də canından çox sevdiyi Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalır.
Şəhid Qənbərov Kamal Arif oğlu 1997-ci il aprel ayının 8-də doğulub boya-başa çatdığı Üçtəpə kəndinin qəbirstanlığında dəfn olunub.
https://www.youtube.com/watch?v=dl5NgchzQcc
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
https://www.youtube.com/watch?v=G1I3rktm28o&feature=youtu.be
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
https://www.youtube.com/watch?v=lVxI-HoOqc0
İlham Əliyev: “Bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”
İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Cenubtv.az xəbər verir ki...
Average Rating