Bina evində yaşayanların NƏZƏRİNƏ: Enerji sərfinin hesablanması metodologiyası açıqlandı

Read Time:47 Second

Nazirlər Kabinetinin təsdiqlədiyi “Binalar üçün minimum enerji effektivliyi Normaları”na əsasən, binalarda enerji sərfinin hesablanması ilkin enerji resursları əsasında aparılacaq.

“Report” xəbər verir ki, bərpa olunan enerji mənbələrindən alınan enerji resursları istisna olunmaqla, digər mənbələrdən istixana qazlarının ətraf mühitə olan emissiyalarının hesablanması metodologiyada öz əksini tapır.

Binalar üçün enerjinin normalaşdırılan xüsusi sərfi aşağıdakı kateqoriya (tip) binalar üçün müəyyən edilir:

– yaşayış binaları, mehmanxanalar, sosial xidmət müəssisələri, yataqxanalar;

– tibb müəssisələri;

– təhsil müəssisələri;

– istehsalat binaları və anbarlar;

– inzibati təyinatlı binalar (ofislər);

– digər ictimai binalar.

Binalarda enerji sərfinin hesablanması metodologiyasında aşağıdakı parametrlər nəzərə alınır:

– binanın qoruyucu konstruksiya elementlərinin istilikötürmə müqaviməti;

– binanın qoruyucu konstruksiyalarının havanüfuzetmə qabiliyyəti;

– binanın qoruyucu konstruksiyalarının nəmlənmədən mühafizəsi;

– mərkəzi isitmə və soyuqluq təchizatı sistemləri, isti su təchizatı, o cümlədən onların izolyasiyasının xarakteristikası;

– daxili iqlim şərtləri, o cümlədən layihələndirilmiş daxili hava kondisiyalaşdırması;

– təbii və mexaniki havalandırma sistemləri;

– işıqlandırma (təbii və ya süni) sistemləri;

– binanın konstruksiyası, cəhətlənməsi, o cümlədən iqlim şərtləri;

– bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjidən istifadə.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Xilas edərkən özü öldü: Qazaxıstanda 14 yaşlı oğlan ölümündən sonra medalla təltif olundu – FOTO
Next post Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? – Ekspertdən ilginc faktlar
?ு?. イベントレポート. The massage gun is providing a very useful tool in private practises and the home + gym.