Erməni “uşaqlar” Ağdam yoluna beton düzdü – Video
Xankəndi və ətrafındakı erməni separatçı-terrorçu dəstəsinin şousu davam edir.
Cenubtv.az Axar.az -a istinadən xəbər verir ki, guya “humanitar fəlakət” olduğunu və Azərbaycanın rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə məskunlaşan ermənilərin aclıq çəkdiyi bildirilsə də, Azərbaycanın Ağdamdan istənilən məhsulu tədarük etməyin mümkünlüyü təklifinə qarşı dirəniş nümayiş olunur.
Qeyd etdiyimiz kimi, doğrudan da Qarabağdakı erməni icmasının qida təminatı istəyi olsaydı, erməni separatçı-terrorçu dəstəsi heç bir halda Azərbaycanın təklifinə qarşı çıxmazdı. Burda məqsəd “film” çəkmək, şou göstərmək, təbliğat aparmaqdır. Və əlbəttə ki, bütün bu proseslər Rusiyanın birbaşa tövsiyəsi və tələbi ilə həyata keçirilir.
Bu gün isə erməni separatçılar Ağdam yoluna beton düzərək, mümkün qida təminatını əngəllədiklərini görüntüləyiblər və bununla bağlı video yayıblar.
Videoya diqqət edək:
– Çəkiliş tam bir filmi xatırladır: kadrların dəyişməsi, kameranın manevrləri, çəkiliş istiqaməti burda “estetik rejissor işi” aparıldığını deməyə əsas verir. Hansı real aksiyada kameralar etirazçıların ayaqları altına qoyulur və yaxud onların sıra ilə düzülməsi, kadrdan keçidləri bu qədər nizam-intizamlı ssenariləşdirilir?
– Yeniyetmələrdən istifadə edilir, kadr arxasında gizlənən separatçı-terrorçular arvadları yeniyetmələrin və kameraların önünə çıxarıb, təbliğat nitqi söylədir;
– “Qarabağ sakinlərinin Ağdam-Əsgəran yolunu bağladığı” bildirilir. Hansı sakində kran, yük maşını və yollara düzmək üçün beton plitələr var? Erməni separatçılar ənənəvi olaraq uşaq və yeniyetmələrdən sui-istifadə edir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
https://www.youtube.com/watch?v=lVxI-HoOqc0
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
RƏSMİ CAVAB”Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlərlə bağlı şikayətlərə
r. Şuradan Cenubtv.az-a verilən məlumata görə, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları...
Average Rating