Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – FOTO/VİDEO
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib. Həmçinin şəhidlərimizin məzarları ziyarət olunub və onların ailələri ilə görüşlər keçirilib.
Bayram tədbirlərində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.
Silahlı Qüvvələr Günü, həmçinin Azərbaycan Respublikasının xaricdəki nümayəndəliklərində də təntənəli şəkildə qeyd edilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
RƏSMİ CAVAB”Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlərlə bağlı şikayətlərə
r. Şuradan Cenubtv.az-a verilən məlumata görə, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları...
İlham Əliyev: “Bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”
İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Cenubtv.az xəbər verir ki...
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 2025-ci ilin hesabat yığıncağı keçirildi video
https://www.youtube.com/watch?v=vcX49mu95e8
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Average Rating