Rusiyada kişi qonşusunu yandırdı, qadının boğazını deşdi – VİDEO
Rusiyanın Vladivostok vilayətində dəhşətli cinayət baş verib. Belə ki, kişi alov qurğusu ilə qonşusunu yandırıb, eləcə də bir qadının boynunu harpunla deşib.
Baş verən hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, hadisə Trudovoy kəndində baş verib. Ərazidə elektrik enerjisinin oğurlanması faktının müəyyənləşdirilməsi istiqamətində iş aparılıb – ekskavator elektrik kabelini qazıb çıxarırmış.
Bu, yaxınlıqdakı evlərin sakinlərindən birini qəzəbləndirib və o, əldəqayırma alovlu qurğu ilə hədələməyə başlayıb. Qonşu silahı həmin adamın əlindən almaq istəyəndə isə onu yandırıb. Təcili yardım maşını hadisə yerinə gedərkən kişi harpunla başqa bir qadına xəsarət yetirə bilib.
Zərərçəkənin bədəninin 60%-nin geniş yanıq xəsarətləri var, qadın əməliyyat olunub.
Hadisə ilə bağlı “öldürməyə cəhd” maddəsilə cinayət işi açılıb. İşin gedişi və istintaqının nəticələri prokurorluq tərəfindən nəzarətə götürülüb.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating