Naxçıvanda altı nəfərin həlak olduğu dəhşəti yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi açılıb.

Naxçıvan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb və müvafiq ekspertizalar təyin olunub.

Naxçıvan Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda xəstəxanada altı yaralı var:

“Yaralılardan dördü Reanimasiya, ikisi isə Travmatologiya şöbəsindədir.

Reanimasiyada olan 1992-ci il təvəllüdlü Cəlil Musa oğlu Əliyev, 2018-ci il təvəllüdlü Xanlar Torğul oğlu Sultanov, 2014-cü il təvəllüdlü Fərid Fariz oğlu Sultanlı, 2013-cü il təvəllüdlü Fəridə Fariz qızı Sultanovanın vəziyyəti ağırdır. Daxili qanaxmaları var.

Travmatologiya şöbəsində olan 1994-cü il təvəllüdlü Elmira Əlirza qızı Sultanova, 2003-cü il təvəllüdlü Zəhra Fərman qızı Cəfərovanın travmaları yüngüldür. Sınıqları var”.

Qeyd olunub ki, qəzadan ağır vəziyyətdə  xəstəxanaya gətirilən beş nəfərin isə həyatlarını qurtarmaq mümkün olmayıb:

“1963-cü il təvəllüdlü Sahiyə Əsəd qızı Cəfərova, 2020-ci il təvəllüdlü Fateh Fariz oğlu Sultanov, 1996-cı il təvəllüdlü Amin Akif oğlu Oruclu, 2000-ci il təvəllüdlü Hikmət Rövşən oğlu Əlizadə, 1973-cü il təvəllüdlü Xanlar Şamil oğlu Sultanov həkimlərinə səyinə rəğmən, xəstəxanada vəfat ediblər. Digər bir nəfər isə hadisə yerində dünyasını dəyişib. Hazırda morqdadır”.

10:47

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı altıya çatıb.

Bu barədə “Report”un yerli bürosu xəbər verir.

Qəza nəticəsində xəsarət almış daha dörd nəfərin isə vəziyyəti ağır olaraq qalır.

Hazırda onların müalicəsi Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, “Volkswagen” və “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlarda olanlar ağır xəsarət alıblar.

01:53

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib.

Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb.

Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.

 

Nəzrin Vahid

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir