Vətənpərvərlik – ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərliyin tərbiyəvi əhəmiyyəti çox böyükdür. O elə bir məktəbdir ki, burada bəşəri ideyalar aşılanır. Heykəli görkəmi, insanı isə əməlləri gözəlləşdirir.
– Azad Ziyalılar ictimai birliyi idarə heyəti üzüvləri bu yaxınlarda Cəlilabad rayon Müainə və Müalicə Diaqinostika Mərkəzində olarkən öz həkimlik peşəsini sevə-sevə xalqının xidmətində şərəf və ləyaqətlə dayanan tanınmış peşəkar həkimlərimizlə görüşüb həmsöhbət olduq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), İçbari Tibbi Sığortanın (İTS) və Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsinin birgə fəaliyyətinin Cəlilabad səhiyyəsindəki uğurlarından və atılan praflaktik addımlarn nəticələrindən də danışdıq. Bir el məsəli var “Boşboğazın dili işlər, zəhmətkeşin əli.” Öz həkimlik peşəsinə sevgi ilə yanaşaraq xalqına vicdanla xidmət edən həkimlərimiz haqqında çoxlu sayda yazılarım çap olunub. Bu ağxalatlı insanlara hörmət və məhəbbətimdən irəli gəlir. Doğrusu hər dəfə biz Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında olduğumuzda bu sağlamlıq ocağı öz yenilikçi iş pirinsipləri ilə diqqətimizi çəkirlər.
Cəlilabad Rayon Müainə və Müalicə Mərkəzində yerləşən stomatologiya şöbəsinə daxil olanda, giriş foyedə “44 Günlük Vətən Müharibəsi”- ində şəhid olmuş həkim-stomatoloq Ağayev Mirlətif Mirislam oğlunun əziz xatirəsinə “ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ” adlı gözəl xatirə lövhəsi hazırlanıb. COVİD 19 Pandemiyasıyla mübarizə zamanı öz həkimlik peşəsini şərəf və ləyaqətlə yerinə yetirərək virusa yoluxaraq dünyasını dəyişən Müslüm həkimin poetik hissləri olan şeirlərini, öz sosial şəbəkəsində FB səhifəsində paylaşımlar edən RMX-sının direktoru Elnur Azadxanovun ləyaqətlə çalışan tibb işçilərinə xüsusi diqqətinin bariz nümunəsindən xəbər verir. Bunlardan belə qənaətə gəlmək olar ki, Cəlilabad rayon MX – nın direktoru Elnur Azadxanov rəhbəri olduğu tibb müəsisəsində hər bir işə həssaslıqla yanaşır. Mədəniyyətin səviyyəsi həmişə bilavasitə əməyə məhəbbətdən aslı olur. Biz şəhid həkim-stomatoloq Ağayev Mirlətif Mirislam oğlunun xatirə lövhəsinə, şəxsi qol saatına, ağ xalatına və sair əşyalarına baxdığımız vaxt otaqların birindən stomatologiya şöbəsinin müdürü həkim stomatoloq Çingiz Tağıyev çıxaraq bizimlə görüşdü və xatirə lövhəsinin yaranmasından, şəhid həmkarı Mirlətifin kolektivlə işlədiyi dövürdə posyentləri ilə xoş davranışından, müəsisənin işçi personallarının sevgisini qazanmasından və 44 günlük vətən müharibəsində göstərdiyi şücaətlərdən həvəslə danışdı. Və sonda şəhidin ruhuna dualar oxuyub Allah cəmi şəhidlərimizi rəhmət eləsin dedi və bizi öz iş otağına dəvət etdi. Otağa daxil olduqda, otaqdakı rəngarənglik, xüsusi səliqə-səhman və özəlliklə gül dibçəkləri insanı daxilən və ruhən sakitləşdirərək adamın həyati yaşam eşqini artırır. Stomatoloq həkim Çingiz Tağıyevin səhiyyəmizin günü-gündən inkişafının dahada zirvəli uğurlar qazanması mövzusunda söylədiyi bu fikr; – Təkcə istəmək kifayyət etməz, istəyi həyata keçirmək gərək. Müvəfəqiyyət əldə edilmiş kamillikdir, kamillik isə asanlıqla qazanılmır. Həkim özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.
Çingiz həkimlə günümüzün aktuallığı olan narkomaniyayla bağlı KİV – də çoxlu verlişlər verilir, yazılar dərc olunması ilə bağlı söhbətimizdə onun fikri; – NARKOMANİYA BƏLADIR ! Heç kim kimsəni istəmədiyi pis vərdişlərə aludə olmağa məcbur edə bilməz ! Hər zaman özünüz üçün düzgün və ən doğru olan qərarı verməyə çalışın ! Narkotik kimi pis vərdişlərə yox deməyi bacarsınlar ! İnsanlar xəstəlikrdən yan keçməyi öyrənməlidir !
İnsanların pis vərdişlərdən heç cürə ayrılmaq istəmədiklərini əsas tutaraq narkomaniyanın fəsadları: – Narkotikdən aslılıq narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə yaranır. Tibbi təcrübələr göstərir ki, narkomaniya ilə mübarizə aparmaq çox çətindir. Bu bəladan xilas olmaq çox az insana qismət olur. Narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər. Narkotik ilk növbədə narkomanın sağlamlığına ziyan vurur. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına, fiziki gücün düşməsinə, qara ciyər və böyrəyin zəhərlənməsinə və nəhayət, ölümə gətirib çıxarır. Narkomanlar içərisində ” HİV” , ” QİÇS” və Hepatit “B” kimi qorxulu xəstəliklər geniş yayılmışdır. Narkotiklərdən bir neçə dəfə istifadə mütləq ondan aslılığa səbəb olur. Narkotikin olmaması əsəbiləşməyə və hirslənməyə gətirib çıxarır. Böyük narahatçılıq başlayır. İnsan artıq faydalı bir işlə məşğul ola bilmir. Sonrakı “doza” üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqlar, ümidlər və qarşıya qoyulan məqsədlər getdikcə sönür. Narkomaniya xəstəliyinin müalicəsinin tam kursu dörd mərhələdən ibarətdir. Bunlardan birinci iki mərhələ spesifik tibbi xarakter daşıyır, sonrakı iki mərhələdə isə daha çox tərbiyəvi tədbirlər üstünlük təşkil edir. Narkomaniyaya tutulmuş xəstələrin müalicəsində bir sıra səbəblərə görə çətinliklər yaranır. Əsas səbəblərdən biri narkomanların çoxunun müalicəyə qərəzli yanaşmasıdır. Bu da onunla izah edilir ki, ya onlar asılılıqdan xilas olmaq istəmirlər, ya da həkimlər tərəfindən tətbiq olunan metodlara etibar etmirlər. Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir; o, cinayətkarlığa, zorakılığa və korrupsiyaya yol açır, öldürücü xəstəliklərin sürətlə artmasına təkan verir, sosial- iqtisadi inkişafı ləngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.
NARKOMANİYA STOP !
Sonda tanınmış stomatoloq ziyalı həkim Çingiz Tağıyevə bizimlə həmsöhbət olaraq xalqımıza marifləndirici tövsiyyələr etdiyi üçün Azad Ziyalılar ictimai birliyi idarə heyhəti olaraq təşəkkür edirik.
Mətni hazırladı:
AZAD ZİYALILAR İCTİMAYİ BİRLİYİNİN İDARƏ HEYƏTİNİN SƏDRİ. Q. Ə.