“İdmançılar” idmanda göstərdikləri nəaliyyətlər nəticəsindəaldığı fiziki travmalarla yanaşı psixoloji travmalar da alırlarmı ?Övladlarınızı idmana özünü qorumaq üçün göndərirsiniz ya “döymək” üçün !

 

 

İdmanın günümüzdə dil,din,irq ayrı-seçkiliyi qoyulmadan insanları bir yerə toplayan sülhsevərliliyi və dünyəviliyi əhatə edən ortaq fikir birliyidir.Ölkəmizdə illərdi xoş davranış,qarşılıqlı anlayış yoxsulluğu çəkməklə yanaşı ünsiyyət pozğunluğu,ziddiyyət və diğər qərəzli hallar cəmiyyətdə gedərək artış göstərir.Son aylarda tanınmış bəzi idmançılar arasında da şiddətin baş qaldırması və dəhşətlisi də odur ki, artıq qətl hadisələrinin törədilməsinin şahidi oluruq.İdman dedikdə işin içinə hormonlar girir, komanda dedikdə isə işin içinə rəqabət girir.Rəqabətin olduğu yerdə qəzəb və sinir partlayışları ola bilərmi ? Bəli olur çünki,bura rəqabət,qalibiyyət prinsipi və maddiyyat girirsə qəzəb və aqresiyanın olması danılmazdır. İdmançının tez-tez əsəbləşəsi, daimi qəzəbli olması və aşırı səbirsizlik göstərməsi tükənmişlik ya da şəxsiyyət və psixoloji problemlərin olmasını düşündürə bilər. Lakin,idmanda yaşanan şiddət hadisələrinin bir çox qaynağı vardır. Bəzən ailədaxili problemlərin olmasından da qaynaqlana bilir.Peşəkar idmançılar,idman ustaları sözsüz ki, idmanda qazandığı nəaliyyətlər nəticəsində aldığı zədələr və fiziki travmalar səbəbilə psixoloji travmalar da qazanmış olur.Bunun üçün də idman sahəsində məşqçiləri və müəllimləri psixoloji şəxsiyyət testdən keçirmək və ondan sonra işlə təmin olunması və ya mövcud işi davam etdirməsinə səlahiyyət qazanmalıdır.Bununla yanaşı onu da qeyd etmək istəyirəm ki,məşqçi müəllimlər idman sahəsində baş tutan yarışlarda sözsüz ki, döyüşçü kimi də iştirak edir.Zənnimcə onlar belə yenidən psixoloji sağlamlıq testindən keçməyə cəlb edilməlidir.
Bir neçə gün öncə 7 yaşlı Fərid Qafarov öz məşqçi müəllimi tərəfindən qətlə yetirilməsi bütün ölkəni şok edici şəkildə sarsdı.Müharibənin travmalarını hələ də atlada bilməyən cəmiyyət, yenidən psixoloji travmalarla sarsılmağa davam edir. Xatırladım ki,bir neçə ay öncə 17 yaşlı Turan Rüstəmov da idmançı tərəfindən qətlə yetirilmişdi.Bütün bunlar az deyilmiş kimi Rəvan Nəbizadə Qazi Namiq Babayevə ağır xəsarət yetirməsi bütün diqqətləri idman sahəsinə yönəltmiş oldu.
Burada söhbət idman sevərlərdən tutmuş övladlarını sağlam, vətənpərvər yetişdirmək istəyən bütün insanların artıq, idmana şüphəylə yanaşmasına səbəbiyyət verdi .Bir çoxlarında da idmana qarşi qorxu,güvənsizlik, nifrət və inamsızlıq yaratdı.
İdman bu günkü gün bizə sağlamlıq vəd edir, yoxsa Sosiopatlıq ? Agresiyanı idarə edə bilməmək bəsit bir sinirlənmə hali ilə qarışdırılmamalıdır.Fərdin sağlam düşünməsini əngəlləyən bu hal duyğu ,düşüncə və davranışlarını kontrol altında tuta bilməyib sonradan böyük peşmançılıq yaşamalarına səbəb olan davranışlar göstərə bilirlər.Bəzən isə kontrol mexanizmi tamamən dövriyyədən çıxır.
Məyusuqla dilə gətirirəm ki,son illərdə aresiyanın bu qədər artmasının səbəbləri arsında psixoloji saglamlığın vacibiliyinə lazımi qədər əhəmiyyət verilməməsi və ciddi qarşılanmamasıdır.Post müharibədə ölkədə nə qədər psixoloqlara ehtiyac olduğu,hətta say etibarı ilə azlığı,və ya bir qisminin səlahiyytəindən kənar psixoterapiya aparması və.s kimi problemlər yaşandı.Bir ölkənin tam inkişafının yanında ilk öncə cəmiyyətinin psixoloji sağlamlığı danılmazdır.Təəssüf ki,günümüzdə hələ də psixoloq “dəli “həkimidi və ya mənim öz aglıma nə gəlib deyərək psixoloqu alçaldanlar da az deyil. Bu günkü gün psixoloqların iş prinsipi, fəaliyyət forması barədə tam düzgün marifllənmə aparılmır. Xüsusilə son illərdə yeni terminlər çərçivəsində koçluq,enerji terapisti, feng shui və s kimi dırnağarası uzmanlar peyda olub.Bu kimi programlara 9 illik və ya 11 illik bitirən hər hansı kəs yiyələnə bilər lakin, bir orta məktəbi bitirmiş insan “Psixoloq” peşəsinə kurs keçməklə yiyələnə bilməz. Psixologiya sahəsi gözardı edilərək antireklamları hökm sürür.Beş ay kurs keçmiş koçluq və.s sertifikasiya programı ilə Psixoloq kimi fəalliyət göstərərək,heç bir patalogiya ilə işləməyə ixtiyarı və hüququ çatmadığı halda insanların sağlamlığıyla bu və ya digər formada oynanılır.Bu sahədə olan boşluqlar yalnız səhiyyənin ciddi nəzarətilə aradan qaldırıla bilər.
Sravi insanından ta ki, dövlət və ya özəl müəsisələrdə işləyən hər kəs psixoloji sağlamlıq testindən keçməlidir bu işin məlum tərəfidir. Naməlum tərəfi isə odur ki,xüsusilə orta məktəb idman müəllimləri,məşqçilər, pedaqoqlar dolayısı ilə uşaqla işləyən hər kəsin psixi sağlamlığının tamlığı doğrudurmu? ( sağlam şəxslərə şamil olunmur) Mən öz adımdan deyə bilərəm ki, xeyir..ona görə ki, buna bənzər şiddət halları hər zaman bağçalarda,məktəblərdə də baş verib və verir.
Şiddət törədən tərbiyəçini işindən azad etmək mövcud vəziyyətə çarə deyil. Çünki,lazımi tədbirlər zamanında doğru görülmüş olsaydı indi balaca Fərid yaşamış olardı.Ölkəmizin böyük problemlərinin arasında yer alan yetkin şəxslərin hər sahədə işə qəbul tələbləri arasında psixoloji sağlamlıq testindən keçmə tətbiq olunmur çox təəssüf.Olsa da qeyri-ciddi yanaşma və ya standartlardan kənar səhv göstəricilər əsnasında baş tutur.Hansı ki, bugünkü yaşanan hadisələr dırnağarası yanaşma və cinayət hadisələri bunun göstəricisidir.
Qanuni fəaliyyət göstərən idman komplekslərində tələb olunan qəbul sənədləri daxilində sağlamlıq haqqında arayış tələb olunur.Bura uşağn psixi sağlamlığın da vacibliyini mütləq şəkildə daxil etmək lazımdır fikrimcə.İdmana üz tutan uşaq nə dərəcədə sosialdır,komandayla normal kontakt qura bilməsi,agresiyasını kontrol edə bilməsi,dostluq qura bimə bacarığına malikdir. Ailədaxili problemlər nəticəsində zorrakılıq , şiddət, təzyiq görən uşaqların belə ailələrdə böyüməsi kimi nüansların aşkarlanması psixoloji testlər vasitəsilə araşdırılmalıdır.
Müşahidə etdiyim hallardan biri də odur ki,bəzi uşaqların rəqibnə normal davranış göstərə biməməsi, rəqibinə düşmanca yanaşma , zərər vermə halları,qaydadan kənar davranışlar sərgiləməsidir.Baş verən belə hallarda məşqçilər bu uşaqları psixoloqa yonləndirilməsini və dogru davranış qaydalarına riayət olunmasını tələb etməlidir.Heç bir valideyin övladını nə xəsarət almaq üçün nə də psixikasına zərər vermək üçün idmana gətmir.
Məşqçilərin öz öhdəsinə düşən hal odur ki,uşaqlarla mütəmadi müəyyən psixoloji söhbətlərin aparılması, xüsusilə komanda yoldaşına ehtiyyatlı davranmas, sağlam rəqabət, bir birlərinə mehriban davranması özgüvən, cəsarət,birlik,bərabərhüquqluluq və.s kimi qavrayışları aşılanması mütləqdir.Dolayısıyla məşqçi olmaq iki saat dərsini keçib vidalaşmaq deyil,eyni zamanda ölkəyə sağlam psixikalı fərdlər qazandırmaqdır.Yəni idman həyatın danılmaz bir parçasıdır və sağlamlığın vacib elementi sayılır əgər düzgün təbliğ olunarsa.
Vətənə güclü,saglam,dözümlü,iradəli ən mühimi sağlam ruhda gənclər lazımdır.Bunun da təməli ilk öncə ailədə atılır.Əziz valideyinlər övladlarınızı qoruyun dedikdə kiminsə başına “daş çırp,arxanda dayanmışam, vurdu bərk vur” kimi şiddət yönümlü dırnağarası tərbiyə üsulu ilə gələcəyə cinayətkarlar hazırlamayın.Əks təqdirdə bu günkü hadisələrdən daha betərləri ilə qarşılaşacağıq.Bu gün sənin digər gün bir başqasının başına gələcək. Onsuzda gün- gündən artan intiharlar,cinsi azlıqlar,narkomaniya,azyaşlı təcavüzləri, ağla sığmaz cinayət hadisələri uçurumun qırağında olan gəncliyin işarəsidir.
Müraciətlərdə bir çox valideyinlərdən soruşduqda ki,övladınızı idmana nə üçün qoyursunuz sualina cavab odur ki,özünü qorusun.Bu anlayış görün necə təbliğ olunur;cəmiyyət təhlükəlidir qorunmalıyıq, onun üçün də kimlə mübahisə etdin vur,gücün çatmir daşı götür çırp başına qorxaq olma sən kişisən və.s kimi ifadələr uşağın beynində şüuraltı qəzəbi və aqresiyanı birbaşa artırıb yanlış mənalandırmaya səbəb olur.Başqa bir örnəyə əsaslansam idmana gedirəm ki,xüsusilə” boks “növünə özümdən böyükləri döyə bilmədiklərimi döyüm, kim sataşsa gücümü göstərim.Əgər dogru ünsiyyət,qavrayış formalaşmayıbsa adi zarafatı da belə uşaqlar mənə sataşdı kimi qavrayacaq.Bir başqa qrup valideyinlərdən isə eşidirəm ki,bu uşağı nə qədər idmana qoyuruq getmir,beş növ idman dəyişib hərəsində 3,4 ay ancaq davam edib.
Dəyəeli atalar və analar ! Əgər övladınız idmana getmək istəmirsə məcbur etməyin, səbəbini araşdırın ilk öncə bəlkə asosialdır ya da özgüvən problemi yaşaya bilərmi düşündünüzmü ? Heç bir göstərici yoxdurdursa o zaman icazə verin yeniyetmə öz rol dəyişkənliyi dövrünə uyğunlaşsın,dolayısı ilə özünü tapsin, nə istədiyinə əmin olduqdan sonra öz doğru qərarını verəcək.Əgər ağlalayırsa,getmək istəmirsə bu sizə bir işarədir.Necəki 7 yaşlı Fəridin anasının müsahibəsində səsləndirdiyi kimi; uşaq getmək istəmirdi güclə aparırdım kaş həmin gün aparmasaydım ! “Kaşkilər və keşkələr” heç zaman bizdən aldığını geri verməyəcəkdir. Hər kəs idmançı olamaq və ya idmanı sevmək məcburiyyətində deyil. Ağlın gücü hər zaman qol gücündən irəlidə olub.
Təkid,israr və zorrakı hallar çox vaxt atalarda daha qabarıq şəkildədir.Zənn edirlər ki,bu yolla idmanı(kişilik məktəbin) və displini öyrədə biləcəkdir amma,yanılırlar.Hər uşaq individualdır fərqli mizac tipinə sahibdir.Əziz atalar bu üsluba müraciət etdikdə yalnız patoloji hallarla qarşılaşacaqsınız əmin olun.Araşdırın və övladınızın seçiminə hörmət edin çünki, qarşinizda öz narsisizminizi bəslədiyiniz,natamamlıq kompleksinizdən şüuraltı azad olma vasitəsi yox övladınız var.Qısacası bizim uşaqlar və gənclərin çoxu idmana niyə gedirsən sualina dolayısı ilə “döyməyə” gedirəm cavabını verirlər.Bu gün döymək üçün məktəbə,məşqə,gəzməyə çıxan sabah cinəyət törətməklə qarşı-qarşıya qalar əlbət.Dəyərli oxuyucular, burada mənim sizə çatdırmaq istədiyim vacib nüans o idi ki,bu gün biz hansı psixikada hansı gənclik formalaşdırırıq biraz dərindən düşünək! Hər ailə evində övladına vur,döy, əz və.s kimi təbliğatlatlar aparırsa nəticədə illər sonra cinəyatkarlıq niyə artır sualına artıq cavab tapmış olarıq zənnimcə.Diqqət yetirsəniz görərsiniz ki, zamanla şiddət norma halın almağa başlayır hansı ki, belə də olmalıdı istəyimə çatmaq üçün şiddət göstərmək normaldı qavrayışı formalaşır bu günkü cəmiyyətimizdə. Yeni nəslə nəzər salsanız görərsiniz ki, xüsusilə” Qurtlar Vadisi” kimi seriallar da yeni gəncliyin psixikasında ciddi mənfi dəyişiklik yaratdı artıq. ”Şiddətə yox” deyək şüarları və reklamlar səsləndirilib, daha sonra şiddət yönümlü film və serialların yayımlanması..artıq nə dərəcədə doğru təbliğatdir bilmirəm şərhi isə siz oxuculara buraxıram…!

Klinik Psixoloq.Lale Elekberova

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir