Lənkəranda polisə silahlı müqavimət göstərən şəxs həbs edildi
Martın 3-ü polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərilməsi barədə Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, ilkin araşdırma zamanı Seymur və Tural Musayevin külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən onların cinayət başında yaxalanaraq ifşa edilməsi üçün əməliyyat tədbiri keçirən polis əməkdaşlarına odlu silahla müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb.
Şübhəli şəxslərdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kiloqram narkotik vasitə qurudulmuş marixuana, 16,6 kiloqram narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbləri, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülüb.
Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3, (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri tədbirlər davam etdirilir.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Average Rating