İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirildi

Read Time:1 Minute, 0 Second

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində ekspert Seyfulla İsgəndərov ifadə verib.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında istintaq zamanı meyitin tibbi ekspertizasında iştirak edən Seyfulla İsgəndərov İlkin Süleymanovun vəkillərinin, həmçinin təqsirləndirilən şəxsin istintaq zamanı qeydə alınan bəzi ekspert rəyləri ilə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, S.İsgəndərov fevralın 15-də keçirilən məhkəmə prosesində də ifadə verib. Bu gün isə onun ifadəsi başa çatıb. Növbəti məhkəmə prosesində istintaq zamanı meytin tibbi ekspertizasında iştirak edən digər ekspertlərdən biri ifadə verəcək.

Növbəti məhkəmə iclası isə martın 15-nə təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Siyəzəndə ər və arvad dəm qazından ölüb
Next post Cəlilabadda elektrik naqilləri oğurlanıb
prochota polska 10 lipca 2005. Sabrina carpenter – espresso full body dance workout – beast immortal.