Türkiyədə baş verən zəlzələdə köməyə gedən ölkələrdən biri və birincisi Azərbaycan idi. Azərbaycanlı xilasedicilər, həkimlər, könüllülər zəlzələnin ilk günlərindən Türkiyəyə gedərək, öz yardımların əskik eləməyiblər.
Sonxeber.az xəbər verir ki, artıq azərbaycanlı xilasedicilər vətənə geri qayıdıblar.
Xilasedicilər Türkiyədə dağıntılar altından kifayət qədər insan xilas ediblər.
Qeyd edək ki, Türkiyədə 6 fevral tarixində zəlzələ olub.
Daha ətraflı olaraq videosüjeti təqdim edirik: