Azərbaycanda kişinin balta ilə xəsarət yetirdiyi gəlininin və nəvəsinin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Read Time:1 Minute, 1 Second

Sumqayıtda 70 yaşlı kişi tərəfindən balta ilə xəsarət alan qadın və övladının vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən Oxu.Az-a bildirilib ki, xəstəxananın Təcili Tibbi Yardım şöbəsinə daxil olan 1983-cü və 2014-cü il təvəllüdlü hər iki xəstəyə təpə nahiyəsinin açıq yarası diaqnozu qoyulub:

“Neyrocərrahiyyə şöbəsində müalicələri davam etdirilən pasiyentlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir”.

14:52

Sumqayıtda 70 yaşlı kişi gəlininə və nəvəsinə balta ilə xəsarət yetirib.

Cenubtv.az Oxu.az-a istinadən xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov gəlini – 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə balta ilə xəsarətlər yetirib.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət yetirən şəxsin oğlu Ruslan Mirzəməmmədov Rusiyada işləyir. Kişi ifadəsində gəlininin oğluna xəyanət etdiyini bildirərək, bu addımı atdığını bildirib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə şəhərin 4-cü məhəllə adlanan ərazisində qeydə alınıb:

“Hadisə zamanı 1953-cü il təvəllüdlü Şahbala Mirzəməmmədov 1983-cü il təvəllüdlü Sevinc Məhərrəmova və 2014-cü il təvəllüdlü nəvəsinə kəsici alətlə xəsarətlər yetirib. Hər iki yaralı dərhal xəstəxanaya yerləşdirilib. Sumqayıt ŞPİ-nin  əməkdaşlarının keçirdiyi tədbirlərlə Şahbala Mirzəməmmədov saxlanılıb. Araşdırma aparılır”.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Elə bildilər zəlzələ baş verdi – VİDEO
Next post Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? – FOTO
陳元溢 風水 命理. The perfect pushup. yeşil tasarım Çiçekçilik – fethiye Çiçek siparişi.