Bakıda bir-birinə yaxın tikilən təhlükəli binalar – VİDEO
Türkiyədə baş vermiş dağıdıcı zəlzələ yaşayış binalarının, eləcə də digər təyinatlı obyektlərin təhlükəsizliyini aktuallaşdırıb.
Mütəxəssislərin fikrincə, binalar bir-birinə nə qədər yaxın inşa edilərsə, zəlzələ zamanı dağıntı və təlafat bir o qədər çox olur.
Paytaxt Bakıda da az qala bir-birinə söykənərək inşa edilən yüzlərlə bina var.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Xəzər Xəbər“ə bildirib ki, 2019-cu ilə qədər inşa edilmiş binaların əksəriyyəti ara məsafəsinə əməl edilmədən tikilib.
Ekspert qeyd edib ki, hətta sıxlıq əmsalı tətbiq ediləndən sonra da bir çox ərazilərdə binaların yerləşməsi ilə bağlı qaydaların kobud şəkildə pozulması müşahidə edilir.
Ramil Osmanlının sözlərinə görə, bir-birinə yaxın inşa edilən binalar təhlükəsizlik baxımından böyük risk daşıyır. Digərindən cəmi bir neçə metr aralıda inşa edilən onlarla binanın həyətində cəmi bir avtomobil keçəcək qədər məsafə qoyulur. Bu isə fəlakət anında əraziyə girişi də tamamilə bloklamış olur.
Ekspertlər hesab edirlər ki, qarşıdakı illərdə vətəndaşlar daha çox həyət evlərindən mənzil almağa üstünlük verəcəklər.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib
https://www.youtube.com/watch?v=G1I3rktm28o&feature=youtu.be
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
RƏSMİ CAVAB”Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlərlə bağlı şikayətlərə
r. Şuradan Cenubtv.az-a verilən məlumata görə, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları...
Average Rating