Azərbaycanın bu ərazilərində qar yağacaq
Fevralın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
RƏSMİ CAVAB”Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlərlə bağlı şikayətlərə
r. Şuradan Cenubtv.az-a verilən məlumata görə, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları...
İlham Əliyev: “Bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”
İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Cenubtv.az xəbər verir ki...
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 2025-ci ilin hesabat yığıncağı keçirildi video
https://www.youtube.com/watch?v=vcX49mu95e8
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Average Rating