Şamaxıda bir ailənin iki üzvü dəm qazından zəhərlənib.
Hadisə rayonun Dədə Qorqud massivində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü Hacıyev Azər Qənimət oğlu və 2006-cı il təvəllüdlü Hacıyeva Bahar Qənimət qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Xəstələr Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb vəziyyətləri stabilləşdikdən sonra evə buraxılıblar./Unikal