CƏLİLABAD RAYON VETERANLAR TƏŞKİLATI VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İLƏ GÖRÜŞ KEÇİRİB

Cəlilabad rayon Veteranlar Təşkilatı Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialı ilə birlikdə Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevlə görüş keçirdi. Universitetin Akt zalında təşkil olunan tədbirdə əmək və müharibə veteranları, müəllim və tələbələr iştirak edirdi.
Tədbirdən öncə dövlət himni səsləndirildi və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Rayon Veteranlar Təşkilatının şöbə müdiri Xeyrulla Şahbazov tədbiri giriş nitqi ilə açdıqdan sonra çıxış etmək üçün sözü təşkilatın sədri Ədalət Salmana verdi. O, çıxış edərək sarsılmaz Xalq-Ordu-Dövlət birliyi sayəsində qazanılan möhtəşəm qələbədən danışdı, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini xüsusi vurğuladı. Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin həyat və döyüş yolu haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, veteran müəllim-şair Əfrahim Abbas, Cəlilabad rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, universitetin baş müəllimləri Şöhrət Namazova, Nadir Babayev, Qarabağ qazisi, yazıçı Qurban Əhməd və başqaları çıxış edib Vətən müharibəsində igid oğulların şücaətindən danışdılar, Qəzənfər kimi qəhrəmanlarla fəxr etdiklərini söylədilər və müharibə iştirakçılarına göstərilən qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirdilər.
Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin çıxışı maraqla qarşılandı. O, ön cəbhədə döyüş yoldaşları ilə birgə düşmənə qarşı apardıqları mübarizədən danışdı və tələbələrin suallarını cavablandırdı.
Sonda qəhraman döyüşçü ilə xatirə şəkilləri çəkildi.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edilib
https://www.youtube.com/watch?v=EYoAzMIIvbc
Cəlilabadda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
https://www.youtube.com/watch?v=0jdTWi3UW6g
Cəlilabadda “Yaradıcı zərif əllər ” adlı festival keçirilib.
https://www.youtube.com/watch?v=D8njrz0unqU
Cəlilabadda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
https://www.youtube.com/watch?v=lVxI-HoOqc0
Efirdə Səidə-Tolik davası… – Şahid danışdı
O canlı yayım birinci açılanda Brilyant xanım və Abbas Bağırovla birlikdə efirdə olan problemlərdən danışırdıq. İzləyicilərə normal və düzgün şəkildə,...
RƏSMİ CAVAB”Tarixin bir günü”, “Elgizlə izlə” və digər verilişlərlə bağlı şikayətlərə
r. Şuradan Cenubtv.az-a verilən məlumata görə, həmin müraciətlərin mövzusu bir sıra televiziya proqramları ("Tarixin bir günü", "Elgizlə izlə" və sairə), onların aparıcıları...
Average Rating