Bərdə rayonunda “Valideyn dəstəyi ilə məktəbdə psixososial durumun yaxşılaşdırılması” layihəsinin seminarları davam edir.

Seminarlar Bərdə rayon Uğurbəyli kənd tam orta məktəbində keçirilir.

Seminarın mövzusu valideyn şagird münasibətlərində anlaşılmazlığı aradan qaldırmaqdır. Seminarlar təlimçilər Təhminə Həsənli və İlkin İsmayıllı tərəfindən icra edilir.

Həmçinin seminarda layihə rəhbəri Aytac Əhmədova, Bərdə rayon Təhsil Sektorunun əməkdaşları Afət Musayeva və Aygün Xəlilova iştirak edib.

Qeyd edək ki, layihənin məqsədi valideynin məktəblə əməkdaşlığı və bu əməkdaşlığı gücləndirmək, valideyn şurasının əhəmiyyətini diqqətə çatdırmağdır.

Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
“Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi” çərçivəsində qalib olub.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir