“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” adlı layihənin festivalı keçirilib

Read Time:46 Second

“Resurs” Gənclərin İnkişafı ictimai birliyi tərəfindən “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” adlı layihənin festivalı keçirilib.

Festivalda Salyan rayonunun orta məktəb direktorları, müəllimlər iştirak edib.

Yaradıcılıq festivalında gənclər rəqs, musiqi və rəsm istiqamətində bacarıqlarını nümayiş etdiriblər.

Bildirək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi Salyan rayonu üzrə istedadlı uşaq və gənclərin müəyyən olunması, yaradıcı rəqabətin artırılması, festivalın köməyilə ünsiyyət və əlaqələrin formalaşdırılmasına şəraitin yaradılması, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq və gələcəkdə genişmiqyaslı festivallarda iştirakına təkan verməkdən ibarətdir.

“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi nəticəsində 3 nominasiya üzrə (rəsm, musiqi və rəqs) seçilmiş 30 nəfər uşaq və gənclər üçün ustad dərsləri (təlimlər) təşkil olunub. Ustad dərslərinə peşəkar təlimçilər və ekspertlər cəlb edilib.

Qeyd edək ki, “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi 1 sentyabr – 1 noyabr 2022-ci il tarixləri aralığında həyata keçirilir.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post “Peşə təhsilinin stimullaşdırılmasına dəstək” layihəsinin ilk təlimi keçirilib.
Next post YAŞATMAQ YAŞAMAQDIR!
?ு. ?写会に【. watford injury clinic ~ massage gun.