Qazaxda baş verən bıçaqlanma hadisəsinin detalları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qazax şəhərinin Azadlıq küçəsində keçirilən toy məclisində qeydə alınıb. Burada qonaqlar arasında mübahisə baş verib.

Belə ki, 25 yaşlı Elmar Elşən oğlu Rəfiyev və 20 yaşlı Əli Məmmədov arasında mahnı sifarişi üstündə mübahisə yaranıb.

Mübahisə getdikcə böyüyüb və nəticədə E.Rəfiyev qarnından bıçaqlanıb.

Faktla bağlı polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə hadisəni törədən Ə.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir