Cəlilabad rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən ağır yol hadisəsi baş verib. Köhnə Ələt-Astara avtomobil yolunun 146-ci kilometrliyində, Cəlilabad rayon Göytəpə qəsəbəsi ərazisindən keçən hissəsində “VAZ-2107” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Zərbənin nəticəsində ağac kökündən çıxıb, avtomobil daha sonra yol kənarı kiçik satış bazasına çırpılaraq elektrik naqillərini qırıb-töküb. Hadisə yerinə dərhal fövqəladə hallar nazirliyinin xilasediciləri və təcili yardım briqadı gəlib. Qəzan Nəticədə isə iki nəfər – Mübariz Aslanov və Niyaz Rəcəbov ölüb, bir neçə nəfər yaralı isə təcili olaraq Cəlilabad rayon xəstəxanasına çatdırılıb. Qəzada həyatını itirənlərin meyiti isə aidiyyatı üzrə xəstəxananın Pataloji Anatomiya Mərkəzinə təhvil verilib. İlkin araşdırmaya görə ölən şəxslərin hərbiçi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.