“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsinin açılış mərasimi keçirilib
“Resurs” Gənclərin İnkişafı ictimai birliyi tərəfindən “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” adlı layihənin açılış mərasimi keçirilib.
Mərasim Salyan rayon 2 saylı tam orta məktəbin akt zalında baş tutub.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihənin əsas məqsədi Salyan rayonu üzrə istedadlı uşaq və gənclərin müəyyən olunması, yaradıcı rəqabətin artırılması, festivalın köməyilə ünsiyyət və əlaqələrin formalaşdırılmasına şəraitin yaradılması, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq və gələcəkdə genişmiqyaslı festivallarda iştirakına təkan verməkdən ibarətdir.
Salyan rayonunda keçirilməsi nəzərdə tutulan layihə çərçivəsində idarə heyətinin formalaşdırılması və təlimatlandırılması, layihənin təqdimatı və iştirakçıların seçimi, təlimə hazırlıq, ekspertlərin cəlbi və təlimlərin keçirilməsi planlaşdırılıb.
“Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsi nəticəsində 3 nominasiya üzrə (rəsm, musiqi və rəqs) seçilmiş 30 nəfər uşaq və gənclər üçün ustad dərsləri (təlimlər) təşkil olunacaqdır. Ustad dərslərinə peşəkar təlimçilər və ekspertlər cəlb olunacaqdır. Qeyd edək ki, “Salyan rayonu üzrə uşaq və gənclərin yaradıcılıq festivalı” layihəsinin 1 sentyabr – 1 noyabr 2022-ci il tarixləri aralığında həyata keçirilməsi planlaşdırılıb.

![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 Noyabr – Zəfər Gününün beşinci ildönümü qeyd olundu. VİDEO
https://www.youtube.com/watch?v=5ynJLGTAVqI&t=19s
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating