Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi geniş miqyaslı təxribatın qarşısını alarkən yaralanmış və hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalında və Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında müalicə alan Biləsuvar rayonundan olan hərbi qulluqçuları ziyarət etdilər.

Faiq Qürbətov ziyarət zamanı hərbi qulluqçularımızın səhhəti və qayğıları ilə maraqlanıb, onların tezliklə sağlamlıqlarına qovuşmasını arzu edib. Icra başçısı bildirib ki, bu gün xalqımız əsgərlərimizlə fəxr edir, onların qəhrəmanlıqlarından qürur duyur. Qəhrəman ordumuz bu gün Azərbaycanın yeni- şanlı tarixini yaradır.

Bildiririk ki, Ermənistanın sentyabr ayının 12-dən 13-ə keçən gecə törətdiyi təxribat nəticəsindən Biləsuvar rayonundan olan 4 nəfər hərbi qulluqçumuz şəhid olmuş, 11 nəfəri isə yaralanmışdır.
Yaralılardan 1 nəfəri sağalaraq xidmətinə geri dönmüş, 8 nəfəri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, 1 nəfəri Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında, 1 nəfər isə Gəncə şəhərində yerləşən Hərbi Hospitalda müalicəsini davam etdirir.

57

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir