Şəmkirdə itkin düşdükdən sonra Bakıda tapılan, ailəsinin yanına qayıtmaq istəməyən qadın valideynləri ilə görüşüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün sığınacağa yerləşdirilən Asimə Məmmədovanın yaxınları ilə görüşü təşkil olunub:

“7 avqust tarixində yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova 18 avqust tarixində Bakı şəhəri ərazisində tapılıb.  Aidiyyəti qurumların əməkdaşları ilə birgə A.Məmmədovanın tapıldığı əraziyə yollanan Dövlət Komitəsinin nümayəndələri tərəfindən qadınla müvafiq söhbət aparılıb.

Məlum olub ki, A.Məmmədova həyat yoldaşı tərəfindən mütəmadi fiziki zorakılığa məruz qaldığı üçün evi tərk edib və Bakıya gəlib. Hazırda o, nə ərinin, nə də valideynlərinin yanına qayıtmaq istəmədiyindən Bakıdakı müvafiq sığınacağa yerləşdirilib. Sığınacaqda mütəxəssislərin iştirakı ilə A.Məmmədovanın psixoloji vəziyyətinin qiymətləndirilməsi aparılıb”.

“19 avqust tarixində Asimə Məmmədovanın valideynləri Dövlət Komitəsinə müraciət edərək övladları ilə görüşmək istədiklərini bildiriblər.

Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə Asimə Məmmədovanın sığınacaqda doğmaları ilə görüşü təşkil olunub.

A. Məmmədovanın valideynləri həyat yoldaşı tərəfindən zorakılığa məruz qaldığı müddətdə övladlarına sahib çıxmadıqlarından dərin peşmançılıq keçirdiklərini, bundan sonra daim onun yanında olacaqlarını bildiriblər. Hazırda A.Məmmədovanın psixo-sosial reabilitasiya müddəti davam edir. Daha sonra o, razılığı olarsa, doğmalarının yanına qayıda biləcək”, – deyə qeyd edilib.

Qeyd edək ki, üç uşaq anası olan qadın avqustun 7-də yaşadığı evdən çıxaraq itkin düşən Şəmkir rayon Aşağı Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Asimə Məmmədova Bakı şəhəri ərazisində tapılıb.

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir