Çində ortaya çıxan “Langya” virusu ciddi tədbirlər tələb edə bilər
Təxminən üç il sonra Çində yenidən heyvandan insana keçən virus aşkarlanıb. Tədqiqatlara görə, “Langya”nın insanlar arasında yayılması yoxdur. Amma ola bilsin ki, koronavirus epidemiyası da bu şəkildə başlayıb. Mütəxəssislər mutasiyaya uğrama ehtimalı olan virusun nəzarət altına alınmasa, yayıla biləcəyi qənaətindədirlər.
Çinin Langya şəhərində ortaya çıxan virus öz adını bu yerdən götürüb.
Lanqyanın zoonoz növ olduğu, yəni heyvanlar tərəfindən yayılan mikrobların insanlara keçməsi nəticəsində ortaya çıxdığı müəyyən edilib.
Koronavirusun insanlara keçməsinə səbəb kimi bir çox heyvanın adı çəkildi, lakin sonunda yarasa ehtimalı üstünlük təşkil etdi, “Langya”nın isə hələlik siçanlar vasitəsilə yayıldığı təxmin edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, zoonoz xəstəliklərə viruslar, bakteriyalar, parazitlər və göbələklər kimi zərərli mikroblar səbəb olur.
SARS-CoV-2 də zoonoz virus olsa da, “Langya” və onların ailələri çox fərqlidir. Bu virusun ailəsi henipaviruslardır.
2019-cu ilin sonundan bəri insandan insana keçə bilən koronavirus altı milyondan çox insanın həyatına son qoyub. “Langya” heyvandan insana keçən, lakin insanlar arasında yayılmayan virus olmasına baxmayaraq, mutasiya edə bilir.
Virusa yoluxmuş insanlarda müşahidə olunan simptomlar aşağıdakılardır – yüksək hərarət, zəiflik, iştahasızlıq, əzələ ağrısı, ürəkbulanma.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating