Bakıda 17 mərtəbəli binanın lifti üç aydır işləmir – ŞİKAYƏT + FOTO
Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, İlham Hacıyev küçəsində yerləşən 17 mərtəbəli binada üç aya yaxındır ki, lift işləmir.
Məsələylə bağlı Oxu.Az-a bina sakinlərinin şikayəti daxil olub. Onlar dəfələrlə müraciət etsələr də, komendantın problemin həlli istiqamətində heç bir addım atmadığını bildiriblər:
“İnterekonom” MTK tərəfindən inşa olunmuş binada yaşayırıq. Bina üç blokludur və tam istifadəyə verilib. Hər blokda bir böyük, bir də kiçik lift var. Üç aya yaxındır ki, böyük lift işləmir və komendant tərəfindən hər hansı bir tədbir görülmür. Dəfələrlə narazılığımızı bildirmişik, amma hələ də aidiyyəti şəxslər problemi həll etmirlər. Mənim üç övladım var, kiçiyi dörd aylıqdır. Biz evimizə qalxanda uşaq arabası liftə yerləşmədiyi üçün iki dəfəyə qalxırıq. Yaşlı, xəstə insanlar, uşaqlar düşüb-qalxmaqda çətinlik çəkirlər. Düşünəndə ki sentyabr ayından məktəblər açılır, təsəvvür etmək çətin olmur ki, blokda necə növbələr yaranacaq.
MTK-nın meneceri Nurəddin bəy el arasında yaxşı insan kimi tanınır, niyə yaxşı əməlinə davam etmədiyi çox maraqlıdır. Xahiş edirəm ki, bizim səsimizi aidiyyəti qurumlara, icra hakimiyyətinə çatdırasınız. Artıq bir tədbir görülməlidir”.
Məsələyə münasibət bildirən MTK-nın meneceri Nurəddin Haqverdiyev isə Oxu.Az-a açıqlamasında liftin mühərrikinin Koreyadan sifariş edildiyini və sentyabrın 15-dən sonra problemin həll olunacağını deyib:
“Təxminən bir ay əvvəl mühərriki sıradan çıxdı. Yenisini Türkiyədən sifariş etdik, ancaq işləmədi, çünki lift Koreya istehsalıdır. Ona görə də ikinci dəfə Koreyadan sifariş etdik, yük gəmidədir, təxminən sentyabrın 15-i mühərrik yenilənəcək və lift yenidən işləyəcək”.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
Azərbaycanlı tələbə İstanbulda dələduzluqla üzləşib
Azərbaycandan Türkiyəyə oxumağa yollanan 24 yaşlı tələbə Səidə Kərimova fırıldaqçıların hədəfinə tuş gəlib. Cenubtv.az "İhlas" xəbər agentliyinə istinadən xəbər verir ki,...
Average Rating