Bakının Sabunçu rayonunda yaşayan vətəndaşlar narazıdırlar.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Rayonun Ramana qəsəbəsi, “1-ci sahə” adlanan ərazisində yaşayanlar bildiriblər ki, küçədən kanalizasiya sistemi keçir, amma evlərin tullantı sularının həmin şəbəkə ilə axıdılmasına icazə verilmir:

“Amma problem tək bu deyil, ərazidə yağış sularının kanalizasiya sistemi ilə axıdılması da indiyədək təmin edilməyib. Kanalizasiya sistemi bir ildir ki, qurulub. Bizim evlərin kanalizasiya şəbəkəsinin ümumi kanalizasiya sisteminə qoşulmasına icazə verilməməsinin səbəbinə gəlincə, sadəcə, deyirlər ki, olmaz…”

Vətəndaşlar qeyd edib ki, payız və qış aylarında ərazidə gölməçələr yaranır, yollar keçilməz olur:
“Ən çox həmin fəsillərdə əziyyət çəkirik. Eyni zamanda, yolların asfalt örtüyü də yoxdur. Yağış sularının kanalizasiya sistemi ilə axıdılması üçün asfalt problemi də həll edilməlidir”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, rayonun Bakıxanov, Sabunçu və Zabrat qəsəbəsinin bir hissəsi istisna olmaqla digər qəsəbələrində kanalizasiya şəbəkəsi mövcud deyil:

“Hazırda Pirşağı qəsəbəsində çirkab su təmizləyici qurğunun tikintisi ilə bağlı son tamamlanma işləri aparılır. Bununla bağlı işlər başa çatdıqdan sonra aidiyyəti üzrə “Azərsu” ASC tərəfindən dövlət proqramları çərçivəsində digər qəsəbələrdə də, o cümlədən Ramana qəsəbəsində, mərkəzləşdirilmiş şəbəkənin yaradılması məsələsinə baxılacaq.

Eyni zamanda, onu da nəzərinizə çatdırırıq ki, qeyd olunan ərazidə mövcud olan yağış barmaqlıqları yağış sularının axıdılması üçün nəzərdə tutulub. Bu işlər başa çatdıqdan sonra aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən küçənin asfaltlanması ilə bağlı məsələyə baxılacaq.

Onu da nəzərinizə çatdırırıq ki, yaşayış massivində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən qəsəbədə aparılan abadlıq işləri çərçivəsində kanalizasiya xətti çəkilib. Qeyd edək ki, fərdi yaşayış evlərinin həmin xəttə qoşulması aidiyyəti qurumlar tərəfindən mərhələli şəkildə aparılır”.

 

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir