Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Çexiyanın “Viktoriya” (Plzen) komandasının start heyətləri açıqlanıb.
Cənubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaq.
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77 Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov
“Viktoriya”: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda, 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu N Diay
Baş məşqçi: Mixal Bilek
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.
08:40
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandasını qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Matçın baş hakimi sloveniyalı FIFA referisi Slavko Vinçiç olacaq.
İki komanda indiyədək avrokuboklarda bir dəfə rəqib olub. 2016/2017 mövsümündə ÇL-in III təsnifat mərhələsinə təsadüf edən dueldə Plzen təmsilçisi üstün olmuşdu. Çexiyadakı matçda qolsuz heç-heçə qeydə alınmışdı. Bakıdakı görüşdə 1:1 hesablı heç-heçəyə nail olan qonaqlar səfər qolu sayəsində mərhələ adlamışdılar. Bu mənada bugünkü qarşılaşma “köhlən atlar” üçün revanş xarakteri də daşıyır.
Ağdam klubu oyuna ciddi itkilərlə çıxacaq. Mərkəz müdafiəçiləri Maksim Medvedev və Kevin Medina zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər. Rəqibin heyətində isə hər hansı itki yoxdur.
Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyun
17 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Plzen, Çexiya)
Hakimlər: Slavko Vinçiç, Tomaj Klançnik, Andraj Kovaçiç, Rade Obrenoviç (hamısı Sloveniya)
VAR hakimləri: Neyts Kaytazoviç, Yure Praprotnik (hər ikisi Sloveniya)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.