Sığınacaq uşaqlarını məktəblərə niyə götürmürlər? – “Mənə deyirlər ki, “bizi yarı yolda qoymayacaqsan?”

Read Time:1 Minute, 53 Second

“Sığınacaqdakı uşaqların təhsil probleminin həlli üçün Təhsil Nazirliyə müraciət etmişəm. Bir neçə həftə sonra dərslər başlayacaq. Amma bizim bir neçə uşağımız var ki, onlar heç vaxt təhsil almayıblar”.“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, uşaqların bir qisminin sənədləri yoxdur:

“Mən onları məktəbdən öncə fərdi təhsilə cəlb etməliyəm. Çünki onlar heç vaxt təhsil almayıblar. Pandemiya dövründə fərdi təhsil tamamilə dayandı. Adi məktəblər də bağlanmışdı. Bu uşaqları məktəbə, bağçaya sənədsiz götürmürlər. Bəs bu uşaq nə etsin? Təhsil dövrü gözləmir, keçir. Uşaqlar təhsildən geri qalsınlar ki, sənədləri düzəlməyib?

Bu problem üçün alternativ yol tapılmalıdır. Axşam məktəbi təşkil edilməli, ya da başqa bir çıxış yolu tapılmalıdır. 15 yaşlı qız niyə məktəbə getməməlidir? Biz sığınacaqda saymağı, hərfləri öyrədirik. Amma bununla bitmir axı. Fərdi təhsilə cəlb olunması gərəkli olan yeddi uşağımız var. Daha bir rəsmi məktub ünvanlamağı düşünürəm. Bu il bizim uşaqlardan universiteti qazanan olmadı. İki qızımız kollecə, iki qızımız isə peşə təhsilinə qəbul olunub”.

K.Ağazadə bağçalarla bağlı vəziyyətin də ürəkaçan olmadığına diqqət çəkib:

“Bu gün reallıq odur ki, sığınacağa gətirilən azyaşlıların sənədləri yoxdur. Sənədsiz uşaqlara sənəd düzəltmək çox çətin prosedurdur. Bu gün bağçaya getməli olan səkkiz uşaq var, onun cəmi üçünün sənədi var. Uşaqların sənədləri düzələnə qədər, qeydiyyata aparılana kimi müvəqqəti bir altsistem formalaşdırılmalıdır. Fərdi təhsili kiçik bir imtiyaz kimi yaratmaq olar.

Cənub bölgəsi də daxil olmaqla bütün regionlarda bu təbliğat artırılmalıdır. Erkən nikahların da sayı azalar. Universitetlərin yataqxanaları yoxdur, universiteti qazanan qızlar əziyyət çəkirlər. Regionlardan birində ailəsi ilə mübarizə apararaq ali təhsil müəssisəsinə qəbul olan qız mənə zəng edib. Deyir ki, olarmı təhsilim bitənə qədər sizin sığınacaqda qalım? Ev tutmağa pulu yoxdur. Biz belə qızlarımıza da yardım edirik”.

“Uşaqlar o qədər psixoloji sarsıntı içərisindədirlər ki, dərsi çox tələb edə bilmirik. Qəyyumluğa verilən uşaqlara arayış yazdırırıq. Mənə deyirlər ki, “bizi yarı yolda qoymayacaqsan?” Mən bu sözün qarşısında məhv oluram. Bu uşaqların hər hərfə, hər rəngə, hər səsə veriləcək cavabları var. Onlar sevgisizlikdən, qayğısızlıqdan əziyyət çəkiblər.

Arayış yazanda “A” hərfini yazıb dayanırlar. Deyirəm, nə oldu? Hərfi unutdun? Deyirlər, “yox, ana sözü də a hərfi ilə başlayır”… Bu uşaqlara qayğı vacibdir. Sığınacaq ötürmə funksiyasını daşımalıdır, hanı fəaliyyət? Sığınacaqlara maliyyə yardımı ayrılması ilə bağlı hesabatlarda dəfələrlə məsələ qaldırılır. Nə üçün ayrılmır bu maliyyə? Bu uşaqlar düşmən uşağı deyil, öz millətimizin uşaqlarıdır”, – deyə K.Ağazadə qeyd edib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Rusiyanın Türkiyəyə yatıracağı investisiya Azərbaycana hansı yolları açacaq? – İqtisadçıların RƏYİ + FOTO
Next post DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO
Welke dtf printer past bij jou ?. lkw abschleppdienst hannover. The sweat lodge ceremony offers a profound path back to our roots and to ourselves.