Qəbələ rayonu Laza kəndində sakinlərin yolu bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb.

Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.

İlhamə Əbülfət

18:22

Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar.
Hadisə avqustun 14-də baş verib.

Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər onlardan avtomobildən istifadə etməməyi tələb ediblər.

Bu addımı isə kənd yollarında yaranan sıxlığına görə atdıqlarını deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Loading

Spread the love

By RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir