Bakıda yenidən qurulmuş parkda 918 yerlik amfiteatr istifadəyə verilib – FOTO/VİDEO
Bakı şəhəri, Xətai rayonu ərazisində Nəsrəddin Tusi, Neapol və Vunq-Tau küçələrinin əhatəsində yerləşən Heydər Parkı əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib. Parkda təmir işləri “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə Xətai Rayon İcra Hakimiyyəti tərəfindən aparılıb.
Ərazisi genişləndirilərək 4 hektardan 14 hektara çatdırılmış parkda aparılan yenidənqurma işləri çərçivəsində 30 mindən çox ağac və gül kolları əkilmiş, 9 hektar əraziyə qazon örtüyü döşənmiş, 7 km piyada və 1,1 km velosiped zolağı salınmış, 380 işıq dirəyi, 150 oturacaq quraşdırılmış, məlumat lövhələri qoyulmuş, 2500 m2 sahədə avtodayanacaq yaradılmışdır. Ərazidə olan şəlalə və fəvvarə kompleksi təmir edilmişdir. Ziyarətçilər üçün piknik sahələrinin də mövcud olduğu parkda uşaqlar və böyüklər üçün 5 fərqli məkanda idman və əyləncə sahələri ayrılmış, lazımi avadanlıqlar quraşdırılmışdır. Parkda monitor yenisi ilə əvəz edilmiş, mədəni-kütləvi tədbirlərin təşkili üçün 918 yerlik amfiteatr qurulmuşdur.
Aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sosial-ekoloji hədəflərin reallaşdırılmasına, paytaxt sakinlərinin və qonaqların asudə vaxtlarının səmərəli təşkilinə öz töhfəsini verəcək.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Mingəçevirdə binanın zirzəmisində tapılan körpə ilə bağlı AÇIQLAMA
Mingəçevir şəhərində binanın zirzəmisində aşkar edilən körpə ilə bağlı rəsmi açıqlama verilib. Sosial Xidmətlər Agentliyindən (SXA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, körpənin...
Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI – 13.10.2025
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Cenubtv.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi...
Bakıda 54 yaşlı kişi küçədə öldü
Bakıda 54 yaşlı kişi qəfil ölüb. hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib. 1971-ci il təvəllüdlü Müşfiq Çoban oğlu...
Average Rating