Şirvanda polis əməliyyat keçirdi
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı həmin şəxs narkotik vasitələnin ona məxsus olduğu etiraf edib.
Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Oğuzda 21 yaşlı gəncin faciəli şəkildə öldüyü hadisənin ANBAAN GÖRÜNTÜSÜ
Dünən Oğuz rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Oxu.Az xəbər verir ki, dünən saat 20:30-da Nihad Namiq oğlu Əlizadə BMW markalı...
Average Rating