Elmira Axundova Brilliant Dadaşovanın konserti barədə: “Getmişəm, yaxşı etmişəm” – YENİLƏNİB + FOTO

Read Time:1 Minute, 52 Second

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın ötən gün baş tutan konsertində iştirak etməsi sosial şəbəkələrdə və yerli mediada ciddi müzakirələrə səbəb olub. Belə ki, sosial şəbəkə istifadəçiləri xanım səfiri Ukraynaya qayıtmadığına görə tənqid ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın mövqeyini öyrənib.

Xanım səfir qeyd edib ki, sosial şəbəkədə yazılanları oxumur: “Çünki sosial şəbəkələrdə adətən ədalətsiz və qərəzli məlumatlar paylaşılır. Özü də şəbəkələr çox ağır söyüşlərlə doludur. Bu, qəbuledilməzdir ”.

Elmira Axundova qeyd edib ki, artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır:

“Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyirlər. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən – yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orada işləməyə hazırıq. Mən bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç qadın əməkdaş var: mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”.

O vurğulayıb ki, Bakıda olan əməkdaşlar iş başındadırlar, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər.

“Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm – Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıranlar, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kiloqram humanitar yardım, bir dollar göndəriblər? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm. Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq, bir çox başqa vacib işlərlə – analitik yazılar, press-relizlər, vətəndaşlara kömək. Ona görə də mənim konsertə gedib-getməməyimin heç bir mənası yoxdur. Getmişəm, yaxşı etmişəm”.

13:30

Ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında “Ürəklə sizinlə” adlı konsert proqramı baş tutub.

Bizim.Media-nın əldə etdiyi görüntülərə əsasən, konsertə uzun zamandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da gəlib.

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılırdı.

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Bakıda motosikletçi ilə avtomobil sürücüsünün davası
Next post General Rövşən Əkbərov müalicə müəssisəsinə yerləşdirildi
Enjoy this quick job walk through by american window and sidings’ owner. A link to set a new password will be sent to your email address. 40a az distributors.