Nazirlikdən özünə xəsarət yetirən qazi ilə bağlı AÇIQLAMA – FOTO

Read Time:1 Minute, 8 Second

Sosial şəbəkələrdə mayın 11-də Vətən müharibə iştirakçısı Cəfərov Qadir Habil oğlunun Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə gələrək burada özünə xəsarət yetirməsinə dair görüntü yayılıb.

Buna səbəb onun əlillik təyin olunması tələbinə mənfi cavab verilməsi olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, Vətən müharibəsi iştirakçısı, Ağcabədi rayon sakini Qadir Cəfərov müharibədə yaralandığına görə 550 manat birdəfəlik sığorta ödənişi ilə təmin olunub.

“Ona “Müharibə veteranı” adı verilərək, Prezidentin aylıq təqaüdü təyin olunub. Amma Qadir Cəfərov müharibə əlili statusu tələb edir, tez-tez bəzi qaziləri də ətrafına cəlb edərək ASAN Xidmət, Azərsığorta, ƏƏSMN və digər qurumlar qarşısında etiraz məzmunlu aksiyalar keçirir”.

Qeyd edilib ki, digər Vətən müharibəsi iştirakçıları kimi, Qadir Cəfərova da yüksək səviyyədə ehtiram və diqqət göstərilsə də, o, məhz əlillik təyin olunmasını tələb edir:

“Halbuki, onun sağlamlıq vəziyyəti ona əlillik təyin etməyə əsas vermir. Mayın 4-də Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilərkən, müəyyən olunub ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Q.Cəfərova dair təqdim edilən şəhadətnamədə əksini tapan diaqnoz, eləcə də Q.Cəfərovun hazırkı sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas vermir. Ona görə də əlillik təyin edilməsindən imtina qərarı verilib.

Amma göründüyü kimi, Qadir Cəfərov bu qərarla razılaşmayıb, mayın 11-də yenidən Agentliyə gələrək verilmiş qərarı dəyişmək, qurumu qeyri-qanuni qərar çıxarmağa təhrik etmək məqsədilə təhdidedici hərəkətlər edib, sonra da özünə xəsarət yetirib”.

Nazirlikdən özünə xəsarət yetirən qazi ilə bağlı AÇIQLAMA - FOTO

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Gözlərini övladına qurban verən ananın tale yolu “Arzunun vaxtı”nda – VİDEO
Next post İkibaşlı ilan alimləri təəccübləndirdi
Плакови протези – това са подвижни ортопедични конструкции, които се поставят на място на изгубените зъби. action oplevelse ? se de bedste action oplevelser i dag. eisbein essen verein zur förderung der freiwilligen feuerwehr perwenitz e.