Müəllim şagirdə məktəbdə zərbə vurubmuş – RƏSMİ

Read Time:58 Second

Paytaxtdakı 27 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) müəllimi tərəfindən döyülməsinə dair məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırılıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qurumdan qeyd edilib ki, araşdırma zamanı məlum olub ki, 14.04.2022-ci il tarixində tənəffüs zamanı sözügedən məktəbin müəllimi ilə 11-ci sinif şagirdi arasında yaranmış mübahisə müəllimin şagirdə zərbə vurması ilə nəticələnib:

“Müəllim baş vermiş hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə məlumat verib. Həmin məsələ ilə bağlı hazırda hüquq-mühafizə orqanlarında araşdırma aparılır”.

“Bundan əlavə, ümumi təhsil müəssisəsində müəllim-şagird münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulması, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verilməməsi, yaranmış anlaşılmazlığın konstruktiv həll edilməsinə səy göstərilməsi istiqamətində müəssisə rəhbərliyi tərəfindən aidiyyəti şəxslərlə birlikdə müvafiq iş aparılıb. Müəllimlə şagird arasında yaranan anlaşılmazlıq aradan qaldırılıb və tərəflər qarşılıqlı olaraq narazılıqlarının olmadığını bildiriblər”, – deyə əlavə edilib.

Qeyd edək ki, bir müddət əvvəl uşağı Xətai rayonu 27 saylı orta məktəbdə təhsil alan valideyn redaksiyamıza müraciət ünvanlayaraq, təhsil müəssisəsinin “Coğrafiya” fənni üzrə müəllimi Kənan Həsənovun 11 “c” sinif şagirdini səbəbsiz olaraq təhqir etdiyini bildirib.

Loading

About Post Author

RÖVŞƏN MEHDIYEV

Cenubtv.az internet portalı 2022-ci il Aprel ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı xəbərləri geniş auditoriyaya təqdim etməkdir. Təsisçi – Rövşən Adil oqlu| Əlaqə: +994 51 546 46 45 Mail:Cenubtv.az@gmail.com
Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Spread the love

Average Rating

5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Previous post Orxan Fikrətoğluya yüksək vəzifə verildi
Next post Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA – YENİLƏNİB
?ு. How ai difficulty scales (easy / normal / hard). ?்?.