Alimlərdən qalaktikamızın mərkəzindəki qara dəliklə bağlı AÇIQLAMA – YENİLƏNİB
Alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A* da adlandırılır) qara dəliyi ilə bağlı vacib açıqlama ilə çıxış ediblər.
Millimetrlik və radio rəsədxanaları qlobal şəbəkəsi (Event Horizon Telescope, EHT) tarixdə ilk dəfə olaraq bizim Süd Yolu qalaktikamızın mərkəzindəki supernəhəng qara dəliyin kölgəsinin şəklini əldə edib.
Adıçəkilən qara dəlik Günəşdən 27 min işıq ili məsafədə yerləşir və “Sagittarius A*” (Oxatan A*) radiomənbəsi ilə əlaqəlidir.
2019-cu ildə qara dəliyin ilk şəklini çəkən elm adamları bir neçə saat sonra mühüm açıqlama ilə çıxış edəcəklər. Yeni kəşfin nə olduğu açıqlanmır, ancaq elm tarixinə damğa vuracağı deyilib.
Qeyd edək ki, alimlər üç il öncəki uğurlarından sonra Süd Yolu kəhkəşanının mərkəzindəki superağır qara dəliyin videogörüntüsünü əldə etmək üzərində işə başlayıblar. Bu səbəbdən ekspertlər ehtimal edirlər ki, alimlər qalaktikamızın mərkəzində yerləşən və Günəşdən 100 min dəfə ağır olan “Sagittarius A*” (“Ulduz işarəsi olan Oxatan A” da adlandırılır) qara dəliyinin ilk hərəkətli görüntüsünü təqdim edəcəklər.
Qeyd edək ki, “Sagittarius A*” heç bir zaman təfərrüatlı çəkilməyib. Ən yaxşı halda NASA-nın Yer ətrafında dövr edən “Chandra” teleskopu qara dəlik ətrafında yayılan rentgen şüalarını qeydə alıb.
Video isə hərəkətsiz kadrla mümkün olmayanı – qara dəliyin materiyanı necə udduğunu göstərə bilər. Bu səbəbdən videogörüntünün elm tarixində inqilab olacağı düşünülür.
![]()
About Post Author
RÖVŞƏN MEHDIYEV
More Stories
Cəlilabadda IX Qrant layihəsinin açılışı oldu
Layihəin təqdimatı: "ŞAGİRDLƏR ÜÇÜN OYUN MEYDANÇASI" 30 yanvar 2026-cı il tarixində Cəlilabad rayonunda, Təhsildə İnkişaf və İnnovasiyalar Üzrə IX Qrant...
Cəlilabadda 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd edilib
https://www.youtube.com/watch?v=2aHOOoFiAyY
Cəlilabadda rayon ziyalıları ilə görüş keçirilmişdir
https://www.youtube.com/watch?v=xv2931iPhd0
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev televiziya və media işçiləri ilə görüş keçirmişdir.
Görüş zamanı başçının birinci müavini Qalib Xudaverdiyev media nümayəndələrini salamlayaraq onların cəmiyyətin düzgün məlumatlandırılmasında və ictimai rəyin formalaşmasında mühüm rol...
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir
https://www.youtube.com/watch?v=roGPVbvxxLI
Cəlilabadda 8 noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
https://www.youtube.com/watch?v=OZthvRzstp0
Average Rating